Çin liderinin Şimali Koreya səfəri ilə bağlı yeni DETALLAR
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Çin Prezidenti Si Cinpinin Şimali Koreyaya səfərinin əsas məqsədinin Pxenyanın ABŞ ilə bağlı planlarını nəzarətdə saxlamaq olduğu iddia edilir.
Redaktor.az xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Pekin nüvə silahına malik qonşusunun addımlarını yaxından izləməyə çalışır.
Əvvəllər Pxenyanın əsas məqsədi ABŞ ilə münasibətləri normallaşdırmaq idisə, indi diqqətin daha çox qarşıdurma siyasətinə yönəldiyi bildirilir.
Məlumata görö, belə bir vəziyyət Çin üçün müəyyən risklər yaradır. ABŞ ilə Şimali Koreya arasında mümkün gərginliyin Pekinə də təsir göstərə biləcəyi qeyd olunur. Bu səbəbdən Çin rəhbərliyinin Pxenyanın planlarından xəbərdar olmaq və prosesləri yaxından izləmək istədiyi vurğulanır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 11 İyun 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















