“Şimali Koreya Rusiyaya 11 milyona qədər sursat ötürüb” − KİV
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İki il yarım ərzində Şimali Koreya hakimiyyəti Rusiya ordusuna milyonlarla sursat tədarük edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya Açıq Mənbə Mərkəzinin analitikləri ilə birlikdə Şimali Koreyadan Rusiyaya silah daşıyan gəmilərin hərəkəti ilə bağlı sənədlərə çıxış əldə edən “Vajnie istorii” məlumat yayıb.
Onların məlumatlarına görə, 2023-cü ilin yayından bəri dörd Rusiya gəmisi Şimali Koreyaya ən azı 112 səfər edərək Rusiya ordusuna 8 ilə 11 milyon sursat çatdırıb.
Bildirilib ki, orta hesabla Şimali Koreya Rusiyaya ayda təxminən 350.000 sursat tədarük edib. Bu miqdar Rusiya ordusunun təxminən bir aylıq hücum əməliyyatlarını davam etdirməsi üçün kifayətdir.
Qeyd edilib ki, zaman keçdikcə Şimali Koreyadan sursat tədarükünün həcmi azalıb. 2026-cı ilin əvvəlindən bəri jurnalistlər yalnız bir belə səfər aşkar ediblər. Bu, Rusiyanın öz mərmi istehsalını artırması və ya Şimali Koreyanın ehtiyatlarının tükənməsi ilə izah edilə bilər.
Bu mövzuda digər xəbərlər:Şimali Koreya Rusiyaya 200 uzaqmənzilli artilleriya qurğusu və çoxlu sursat ötürüb
11 Fevral 2025 15:19
Şimali Koreya Rusiyaya hərbi dəstəyini artırıb KİV
23 Dekabr 2024 23:14
Şimali Koreya Rusiyaya milyonlarla sursat verib
17 Mart 2026 13:41
KİV: Şimali Koreya Rusiyaya döyüş sursatı tədarükünü azaldıb
16 Noyabr 2025 00:29
Şimali Koreya Rusiyaya haubitsa göndərib
20 Noyabr 2024 13:09
Baxış sayı:115
Bu xəbər 16 Mart 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















