Şimali Koreya Rusiyaya hərbi dəstəyini artırıb KİV
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimali Koreya lideri Kim Çen In ilə Rusiya prezidenti Vladimir Putin arasında ötən il silah ticarəti ilə bağlı keçirilən görüşdən sonra Pxenyanın Moskvaya silah dəstəyi 3 dəfə artıb.
Metbuat.az xəbər verir ki, “Wall Street Journal” belə iddia irəli sürüb. Nəşrin xəbərində Şimali Koreya ilə Rusiya arasındakı sərhəd qapısındakı dəmiryol hərəkətini göstərən peyk görüntüləri paylaşılıb. İki ölkə arasında dəmir yolu nəqliyyatının artdığı və Pxenyandan Rusiyaya göndərilən sursat dolu vaqonların Putin Kim Çen In görüşündən sonra üç dəfə artdığı iddia edilib. Xəbərdə iddia edilib ki, Pxenyan administrasiyası əvvəlcə Rusiyaya köhnə döyüş sursatları göndərdiyi halda, indi daha yeni və modernləşdirilmiş döyüş sursatı verir.
Cənubi Koreya rəsmiləri Şimali Koreyada təxminən 200 silah zavodunun tam gücü ilə işlədiyini və Rusiyanın Pxenyanın silah istehsalını dəstəkləmək üçün neft və avadanlıq yardımı etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Dekabr 2024 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















