Şimali Koreya sərhəddə hərbi qüvvələrini artırır
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jong Cənubi Koreya ilə sərhəddə hərbi qüvvələrin artırılmasının nəzərdən keçirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Koreya İşçi Partiyasının Ümumi İşlər Departamentinin rəhbəri sərhəd bölgələrində səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarının bərpasının da planlaşdırıldığını bildirib.
Kim Yo-jong cənub sərhədi boyunca yerləşdirilən taktiki hücum vasitələrinin sayının artırıla biləcəyini deyib. O, Cənubi Koreya hərbçilərini sərhəddə vəziyyəti gərginləşdirməkdə ittiham edib və Şimali Koreya əsgərlərinin təhlükəsizliyinin xəbərdarlıq atəşləri səbəbindən risk altında olduğunu iddia edib.
Kim Yo-jongun sözlərinə görə, Cənubi Koreya avqust ayından etibarən sərhəd boyunca yerləşdirilmiş səsgücləndiricilər vasitəsilə Şimali Koreya hərbçilərinə dəfələrlə xəbərdarlıq edib. O, bu addımları “düşmən təxribatı” adlandıraraq, onların “qırmızı xətti keçdiyini” bildirib.
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Yo-jong bu ittihamları “Suverenliyimizi qorumaqla bağlı boş vədlər vermirik” başlıqlı yazılı açıqlamasında səsləndirib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Oktyabr 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















