Şimali Koreya Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
KXDR Hərbi Dəniz Qüvvələri 2027-ci ilin əvvəlindən yeni yüksək sürətli torpedalarla təchiz olunmağa başlayacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə yeni torpedo kompleksinin sınaqlarının nəticələrinə dair Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Yeni torpedo silah sistemi 2027-ci ilin əvvəlindən donanmanın silahlanmasına daxil ediləcək. Qeyd olunub ki, sınaq buraxılışı noyabrın 9-da Yapon dənizində həyata keçirilib.
Sınaq zamanı KXDR Müdafiə Elmləri Akademiyasının, Baş Raket İdarəsinin və Torpedo Silahları üzrə Tədqiqat İdarəsinin mütəxəssisləri respublikanın müdafiə elmi-tədqiqat müəssisələrinin birgə hazırladığı yeni sistemin döyüş effektivliyini yoxlayıblar.
Agentlik qeyd edib ki, sınaqlar silah texnologiyalarının təkmilləşdirilməsi üzrə planlı işlər çərçivəsində keçirilib. Torpedonun texniki göstəriciləri və sınaqların nəticələri açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Noyabr 2026 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















