Yaponiyanın yeni Baş naziri Şimali Koreya lideri ilə görüşmək istədiyini açıqladı
Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsi danışıqlar aparmağa hazır olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Pxenyana artıq mesaj göndərdiyini deyib. Baş nazir açıqlamasını 1970-ci illərdə Şimali Koreya tərəfindən qaçırılan Yaponiya vətəndaşlarına həsr olunmuş tədbirdə səsləndirib.
“Mən artıq Şimali Koreya tərəfinə zirvə görüşü keçirmək istədiyim barədə mesaj çatdırmışam”, – Takaiçi “Kyodo” agentliyinə bildirib.
O, bu məsələdə irəliləyiş əldə etmək və baş nazirliyi dövründə qaçırılan vətəndaşlar problemini həll etmək niyyətində olduğunu vurğulayıb.
Qaçırılan yaponlar məsələsi Tokio və Pxenyan arasında münasibətlərdə ən həssas mövzulardan biri sayılır. 2002-ci ildə Şimali Koreya 13 Yaponiya vətəndaşının qaçırıldığını etiraf edib, onların beşi geri qaytarılıb, digərləri isə ölü elan edilib.
Xatırladaq ki, 2024-cü ilin martında Kim Çen Inın bacısı Kim Yo-jong Pxenyanın Tokio ilə hər hansı danışıqlardan imtina etdiyini açıqlamış və bu məsələni “tam bağlanmış səhifə” adlandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















