Icma.az
close
up
RU
Şimali Koreyada müəammalı tikinti: “Raketlər dəniz yolu ilə daşınacaq”

Şimali Koreyada müəammalı tikinti: “Raketlər dəniz yolu ilə daşınacaq”

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Şimali Koreya böyük raket hissələrinin daşınmasını asanlaşdırmaq məqsədilə sahil zonasında yeni, nəhəng bir liman inşa edib. Bu barədə yeni peyk görüntüləri yayılıb. Mütəxəssislər bildirirlər ki, bu addım Pxenyanın qitələrarası ballistik raket (ICBM) proqramını inkişaf etdirmək planlarının bir hissəsidir.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yeni tikili, Şimali Koreyanın Sohae Peyk Fırlatma Stansiyası yaxınlığında tikilib.

Qeyd olunur ki, bu obyekt ölkənin casus peyklərin buraxılması və digər raket sınaqları üçün əsas məkanlardan biridir.


Tikilən yeni liman daha iri raket hissələrinin rels sistemi olmadan, birbaşa dəniz yolu ilə daşınmasına imkan verir. Bu isə Pxenyanın daha uzun mənzilli və güclü raketləri hazırlamasına şərait yaradır.


Şimali Koreya lideri Kim Çen In 2022-ci ildə bu stansiyanı şəxsən ziyarət edib və burada hərbi casus peyklər də daxil olmaqla müxtəlif raketlərin buraxılması üçün modernləşmə və genişlənmə işlərinin aparılması barədə göstəriş verib.


Yeni peyk görüntülərində, limanın yanındakı fəaliyyətə hazır görünən gəmilər müşahidə olunub. Məlumata görə, liman təxminən 28 ay ərzində tam şəkildə tamamlanıb. Paralel olaraq stansiya ərazisində yol və dəmir yolu infrastrukturunun genişləndirilməsi də davam etdirilir.


Şimali Koreya 2024-cü ilin may ayında bu stansiyadan növbəti casus peyk buraxılışını həyata keçirmək istəsə də, cəhd uğursuz olmuşdu. Lakin Kim Çen In layihədən vaz keçməyəcəyini və bu proqramın milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıdığını bəyan etmişdi.


Qeyd edək ki, Şimali Koreya ilk casus peykini 2023-cü ilin noyabrında orbitə yerləşdirməyə nail olmuşdu. Cənubi Koreyalı rəsmilərin fikrincə, Pxenyan bu sahədə Rusiya ilə əməkdaşlıq edir və iddialara görə, Ukrayna müharibəsinə hərbi dəstək qarşılığında Rusiyadan texnoloji yardım alır.


Şimali Koreya isə bütün hərbi fəaliyyətlərinin, o cümlədən nüvə proqramının, yalnız özünümüdafiə məqsədi daşıdığını və bu sahədə hər bir addımın ölkənin suveren hüququ olduğunu bildirir.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri