Şimali Koreyanın neçə nüvə silahı var və onların mənzili nə qədərdir?
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hazırda əksər qiymətləndirmələrə görə, Şimali Koreyanın arsenalında istifadəyə hazır təxminən 60 nüvə döyüş başlığı var. Bu göstərici 2022-ci ildən bəri üç dəfə artıb. Eyni zamanda, Cənubi Koreyanın Müdafiə Nazirliyi KXDR-in ümumilikdə 80–120 nüvə döyüş başlığına malik ola biləcəyini istisna etmir.
Qaynarinfo xəbər verir ki, “Defence Express” analitiklərinin qeyd etdiyi kimi, bu döyüş başlıqlarının bir hissəsi termonüvə tipindədir. Pxenyanın termonüvə silahına malik olması ilə bağlı rəsmi açıqlaması 2017-ci ildə keçirilmiş sınaqla təsdiqlənib. Həmin vaxt yeraltı partlayışın gücü 100 kilotondan çox qiymətləndirilib.
Ekspertlər qeyd edirlər ki, KXDR-in nüvə silahına yiyələnməsi çoxdan məlumdur. Ümumilikdə, Şimali Koreyanın nüvə texnologiyalarını Pakistanın nüvə silahı üzrə mütəxəssisi Əbdül Qədir Xanın yaratdığı şəbəkə vasitəsilə əldə etdiyi qaçaqmalçılıq tədarükləri ilə əlaqələndirirlər.
Bununla belə, KXDR-in termonüvə döyüş başlıqlarının hazırlanmasında keyfiyyət sıçrayışına necə nail olduğu hələ də araşdırılmalıdır.
Analitiklər Ukrayna kəşfiyyatının məlumatlarına da diqqət çəkirlər. Həmin məlumatlara görə, Pxenyan Ukraynaya qarşı müharibədə öz hərbçilərini göndərməsinin qarşılığında hazır nüvə texnologiyaları əldə edir. Söhbət, xüsusilə, taktiki nüvə silahları və ballistik raketlərin sualtı qayıqlardan buraxılması sistemləri sahəsində texnologiyalardan gedir.
Bununla yanaşı, ekspertlər nüvə silahı daşıya bilən KXDR ballistik raketlərinə diqqət yetirməyin vacibliyini vurğulayırlar.
Belə ki, Cənubi Koreyanın bütün ərazisi KN-23 ballistik raketlərinin zərbə radiusuna daxildir. Onun ilk versiyası olan Hwasong-11A-nın uçuş məsafəsi 450–690 kilometr təşkil edib.
ABŞ ərazisinin istənilən nöqtəsinə qədər isə KXDR-in Hwasong-19 qitələrarası ballistik raketi ilə çatmaq imkanının olduğu bildirilir. Bu raket bərk yanacaqlı mühərrikə malikdir və analitiklər onun konstruksiyasında Rusiyanın “Yars” raketinin xüsusiyyətlərinin göründüyünü qeyd edirlər. Maye yanacaqlı Hwasong-17 raketində isə RS-28 “Sarmat” raketində istifadə olunan həllərin izlərinin olduğu bildirilir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Sentyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















