Şimali Makedoniya klubunun kapitanı: “Qarabağ” güclü komandadır
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 avqust, AZƏRTAC
“Qarabağ” güclü komandadır, amma bizim də keyfiyyətimiz var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” klubunun kapitanı Besart İbraimi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində evdə “Qarabağ”la keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli futbolçu komanda daxilində yüksək motivasiya və inamın olduğunu bildirib: “Biz öz gücümüzə inanırıq və inanırıq ki, bu yolu davam etdirəcəyik. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda oynanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 05 Avqust 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















