Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Qarabağ ın Şimali Makedoniya sınağı: Üstünlük və çatışmazlıqlar

Qarabağ ın Şimali Makedoniya sınağı: Üstünlük və çatışmazlıqlar

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anar Həsənov yazır...

"Qarabağ" yenidən özünəməxsus Avropa yürüşünün astanasındadır. Tofiq Bəhramov adına Respublika Stadionunda "Şelburn" üzərində qazandığı qələbə minimal hesabla olsa da, Azərbaycan futbolunun avrokuboklardakı təmkinli və təcrübəli təmsilçisinin əzmini, oyuna nəzarət qabiliyyətini, ehtiyat planlarının yetkinliyini bir daha nümayiş etdirdi.

Bu mərhələ artıq geridə qaldı və indi bütün diqqət III təsnifat mərhələsindəki rəqibə - Şimali Makedoniyanın "Şkendiya" klubuna yönəlib. Təmsilçimizin bu mərhələdəki rəqibi son illərdə Balkan ölkələri səviyyəsində özünü stabil klub kimi göstərsə də, ümumi güc baxımından "Qarabağ"ın bir neçə addım gerisində dayanır. Lakin bu dəyərləndirmə yalnız ad və tarix üzərindən deyil, həm də texniki və taktiki göstəricilərə söykənməlidir.

"Şkendiya"nın oyun üslubu, xüsusən də ev matçlarında nümayiş etdirdiyi aqressiv və dinamik futbol bəzən rəqibləri çaşqın vəziyyətə salır. Onların əsas gücü sürətli cinah keçidləri, dayanmadan presinq tətbiq etmələri və qısa ötürmələrlə mərkəzdəki oyun tempini ələ almağa çalışmalarındadır. Lakin eyni zamanda bu aqressivlik arxa cəbhədə boşluqlar yaradır ki, bu da məhz "Qarabağ" kimi əks-hücumlara mükəmməl keçid edən komandalar üçün fürsət anlamına gəlir. Qurban Qurbanovun komandası illərdir ki, həm texniki baxımdan yetkin, həm də psixoloji sabitlik baxımından oturuşmuş sistemə malikdir. Bu sistem istənilən rəqibə qarşı oyunun gedişatını istədiyi səmtə yönləndirmək üçün kifayət qədər elastikdir.

Avropa arenasında "Qarabağ" artıq dəfələrlə qrup mərhələsinə yüksəlmək təcrübəsini yaşamış, hətta orada da uğurlu nəticələr qazanmış komandadır. Bu isə təkcə oyun deyil, həm də matçın emosional və psixoloji yükünü daşımaq anlamına gəlir.

"Qarabağ" üçün bu cütlükdə əsas üstünlüklərdən biri də heyət dərinliyidir. Yeni transferlər, xüsusən də braziliyalı futbolçuların komanda sisteminə uyğunlaşması artıq bəhrəsini verir. Müdafiə xətti də əvvəlki illərə nisbətən daha çevik və diqqətli görünür. Belə olan halda, "Şkendiya"nın fiziki üstünlük və tempə dayanan oyun üslubuna qarşı "Qarabağ"ın daha təmkinli və planlı futbolu daha real nəticə vəd edir. Əgər hər iki oyunda səhvsiz və oyuna tam fokuslanmış çıxış edilərsə, təmsilçimiz bu mərhələni də inamla adlayaraq Çempionlar Liqasının pley-offuna yüksələcək.

Lakin bu mərhələdə bir başqa məsələ də önə çıxır - strateji psixologiya. "Qarabağ" bəzən zəif görünən rəqiblərə qarşı motivasiya baxımından zəifləyir. Bu, son illərdə müşahidə edilən bir psixoloji detaldır. Ona görə də məşqçilər korpusu üçün əsas məsələ yalnız taktiki hazırlıq deyil, eyni zamanda futbolçuların matça düzgün köklənməsidir. Çünki bu mərhələdə bir anlıq diqqətsizlik, oyunun ritmini itirmək bəzən bütöv mövsümə zərbə vurur.

Nəticə etibarilə, "Qarabağ" - "Şkendiya" cütü daha təcrübəli və Avropa səhnəsində oturuşmuş komanda ilə regional səviyyədə uğur qazanmağa çalışan bir klubun qarşıdurmasıdır. Fərdi ustalıq, komanda nizam-intizamı, beynəlxalq təcrübə və oyunu oxuma bacarığı "Qarabağ"ın bu mərhələdəki əsas silahlarıdır. Hər iki görüşdə bu üstünlükləri qorumaq və rəqibin boşluqlarından istifadə etmək "köhlən atlar"ı növbəti mərhələyə - artıq qrup qapısını döyə biləcəyi pley-off raunduna aparacaq. İndi məsələ yalnız texniki deyil, həm də xarakter məsələsidir. "Qarabağ" isə hər zaman olduğu kimi, bu imtahandan da üzüağ çıxmağa qadirdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 İyul 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri