Icma.az
close
up
RU
Simonyan: Köçəryanı siyasi və hüquqi mənada əzəcəyəm

Simonyan: Köçəryanı siyasi və hüquqi mənada əzəcəyəm

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətə və keçmiş hakimiyyət nümayəndələrinə qarşı sərt ittihamlar səsləndirib.

Modern.az xəbər verir ki, Simonyan jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyanin son dövrlərdə sərt ritorikasının tənqid olunmasına cavab verib və onun mövqeyini tam dəstəklədiyini bildirib.

Parlament sədri qeyd edib ki, Paşinyanın emosional çıxışları uzun illər davam edən siyasi təzyiqlər və təhqirlərin nəticəsidir.

“Baş nazirə eyni sualları verməyin. O artıq cavab verib, mən də onun dediklərinə istinad edəcəyəm. Mən onun fikrini tam bölüşürəm. Təəccüblənirəm ki, o, bütün bunlara necə dözür”, - deyə Simonyan bildirib.

O, ölkədə yaranmış “nifrət mühiti”nə görə müxalifəti ittiham edib.

“2021-ci ildən başlayaraq onlar bizi güllələyirdi, bizi həbsxanalara atırdı, “türk”, “xəyanətkar”, “torpaq satan” kimi ifadələri dövriyyəyə onlar salıblar”, - deyə o vurğulayıb.

Simonyan bildirib ki, keçmiş hakimiyyət nümayəndələri 1 mart hadisələri, saxtalaşdırılmış seçkilər və digər ağır ittihamlara görə cavab verməlidirlər.

“1 Mart, 27 Oktyabr, saxtalaşdırılmış seçkilər, qanunsuz əmlak, tualetdə adam öldürmək və s. üçün həmin adamlar cavab verəcəklər”, - deyə o qeyd edib.

Parlament sədri Ermənistanın ikinci prezidenti Robert Köçəryan barədə isə daha sərt danışıb.

“Mən Ermənistan parlamentinin sədri kimi baş nazirin dediklərinə qoşuluram və Robert Köçəryanı da, digərlərini də siyasi, hüquqi və bütün başqa mənalarda “əzəcəyəm”. Çünki onların ölkəmizə və xalqımıza etdiklərinə görə bunu çoxdan etmək lazım idi”, - deyə Simonyan bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 May 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri