Icma.az
close
up
RU
Kreml Köçəryanı “qurban verir”

Kreml Köçəryanı “qurban verir”

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İrəvanın “Armenianreport” portalı son günlər Ermənistanın sabiq prezidenti Robert Köçəryanın əmlakının müsadirə olunması ilə bağlı qaldırılan hüquqi iddianın Rusiyanın siyasi xeyri-duası ilə baş verdiyini yazıb.

Turkustan.az xəbər verir ki, məqalədə bununla bağlı mayın 9-da Qələbə paradında iştirak etmək üçün Moskvaya səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya rəhbərliyi arasında razılaşmanın əldə olunduğu bildirilir.

“Bazar ertəsi gününün əsas hadisəsi ondan ibarətdir ki, Ermənistan Baş Prokurorluğu Robert Köçəryan və onun ailəsinin əmlaklarının Ermənistan Respublikasının xeyrinə müsadirə olunmasını tələb edir. Məlum olduğu kimi, Nikol Paşinyan Moskvaya səfər edib. Onun səfəri İrəvanla Kreml arasında münasibətlərin pisləşdiyini nəzərə aldıqda böyük səs-küyə səbəb olub.

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) açıq şəkildə tənqid edib, Rusiyadan uzaqlaşıb və Qərblə əlaqələr qurub. Lakin Moskvaya səfər və Azərbaycan Prezidentinin getmədiyi Qələbə paradında iştirakın özü yalnız gərginliyi qismən də olsa, aradan qaldırmaq istəyindən xəbər vermirdi. Görünür, Paşinyan bu səbəbdən Belarus Prezidenti Aleksandr Lukaşenko ilə məcburi qonşuluğa dözməli olub.

İndi bütün sirlər aydın oldu. Paşinyanın Moskvadan qayıtmasından dərhal sonra postsovet məkanının ən nüfuzlu siyasətçilərindən birinə genişmiqyaslı hücum baş verdi. Söhbət sadəcə, 22 əmlakdan, milyonlarla dollardan, şirkətlərdəki paylardan və digər əhəmiyyətli aktivlərdən getmir.

Məsələ bundadır ki, Köçəryanın həbsi üçün zəmin hazırlanır. O, açıq şəkildə rusiyapərəst mövqeyə bağlılığı, Kremlə yaxın olan və Rusiyanın siyasi dairələrində tez-tez qonaq olan siyasətçidir.

Bu cür irimiqyaslı əmlakın müsadirə edilməsi prosedurunun Moskvanın razılığı olmadan başlaması, ən azı, riskli addım kimi görünür. Axı Kreml ənənəvi olaraq postsovet məkanındakı keçmiş sadiq müttəfiqlərinə təsir üçün bir növ “ehtiyat aerodrom” kimi baxır.

Nəticə etibarı ilə belə fəaliyyətlərin birbaşa olmasa da, heç olmasa səssiz təsdiqini almaqla Rusiya ilə razılaşdırıla biləcəyini düşünməyə əsas var. Buradan nə çıxır? Köçəryan artıq Rusiya üçün strateji dəyər ifadə etmir?

Bəli, dəyişən geosiyasət kontekstində Kreml hazırkı hökumətimizlə yeni razılaşmalar naminə köhnə əlaqələri “sıfırlamağa” üstünlük verə bilər. Bəli, Köçəryanın gələcək aktivlərinin müsadirəsi təkcə hüquqi proses deyil.

Bu, siyasi siqnaldır və həm yerli erməni auditoriyası, həm də beynəlxalq müşahidəçilər bunu qüvvələr balansında dəyişikliklərin göstəricisi kimi oxuyurlar.

Paşinyanın Moskva səfərindən dərhal sonra belə addımların atılması heç bir şübhə yeri qoymur: Kreml keçmiş müttəfiqinin taleyinə ya razılaşıb, ya da bilərəkdən göz yumub.

Bu isə İrəvanla Moskva arasındakı münasibətlərdə yeni mərhələnin başlanması demək ola bilər - praqmatik, soyuq, lakin hələ də həyat qabiliyyətli” - məqalədə belə qeyd edilir. /Cebheinfo.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri