Alen Simonyanın istefasının səbəbi AÇIQLANDI
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Vətəndaş Müqaviləsi” partiyasının təxminən iyirmi nümayəndəsi Ermənistan parlamentinin spikeri Alen Simonyana qarşı fəal şəkildə kampaniya aparıb və Baş nazir Nikol Paşinyanın onu vəzifədən uzaqlaşdırmaq qərarına təsir göstərə biliblər.
“Cebheinfo.az”-ın məlumatına görə, “Johovurd” qəzeti belə yazıb.
Nəşrin məlumatına görə, son aylarda hakim partiyanın üzvləri Paşinyana Simonyan haqqında kompromat xarakterli materiallar təqdim ediblər.
Onlar iddia edilən korrupsiya sövdələşmələrindən, tərəfkeşlikdən, klan sisteminin yaradılmasından və qadınlar da daxil olmaqla, partiya yoldaşlarının alçaldılması hallarından danışırlar.
Qəzetin məlumatına görə, Baş nazirin mövqeyinə Simonyan və ailə üzvlərinin sərvətinin kəskin artması ilə bağlı çoxsaylı media xəbərləri də təsir edib.
“Baş nazir partiya daxilindəki əhval-ruhiyyəni nəzərə alaraq, komandanın əhəmiyyətli bir hissəsinin mövqeyinə qarşı çıxmaq istəməyib”, - deyə “Johovurd” qeyd edir.
Nəşrin məlumatına görə, Simonyanın əleyhinə deputatlardan Hayk Sarkisyan, Armen Xaçatryan, Hayk Konjoryan, Hripsime Hunanyan, Ruben Rubinyan, Culietta Azaryan, Lusine Badalyan, Zaruhi Batoyan, Hripsime Qriqoryan, Arpi Davoyan, Lilit Minasyan, Tiran Stepanz, Lilit Minasyan, E. Tsirunyan və bu günlərdə istefa vermiş yüksək texnologiyalar və sənaye naziri Mxitar Ayrapetyan çıxış ediblər.
Müşfiq Abdulla
“Cebheinfo,az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 10 İyul 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















