Icma.az
close
up
RU
Simoorg Fashion & Design Academy yeni moda layihəsini təqdim etdi

Simoorg Fashion & Design Academy yeni moda layihəsini təqdim etdi

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

“Phoenix Rebirth” - “Simoorg’un yenidən doğuluşu” adlı qapalı moda tədbiri 22 fevralda 100-dən çox dəvətlinin iştirakı ilə baş tutmuşdur.

Metbuat.az xəbər verir ki, “Simoorg’un yenidən doğuluşu” sadəcə bir tədbir deyil, qeyri-adi üslub və incəsənətin möhtəşəm transformasiyası kimi çıxış edib.

Yves Saint Laurent beauty və Martini kimi beynəlxalq markalar ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbir Simoorg moda və dizayn akamdemiyasının gənc dizaynerlərinin moda dəfiləsini, make-up masterklassını, canlı musiqi və rəqs ifalarını əhatə edib.

Sözügdən moda dəfiləsində Kamilla Məmmədzadə, Samira Nağı, Nisa Camiyeva, Sevda Qadaşova, Gülnur Hasanova, Əminə Xəlilova, Səltənət Özdemir, Gülçöhrə Əliyeva, Şəhla Kərimova, Ləman Əliyeva, Nurcahan Quliyeva və Nuranə Hacıyeva kimi gənc dizaynerlərin işləri səhnə alıb. Bundan əlavə, moda numayişində iştirak üçün yerli moda markaları “Leya Couture” və ‘Anara Zakirli” xüsusi dəvət olunmuşdur.

Tədbirdə tanınmış şəxslər, dövlət və hökümət nümayəndələri, ölkəmizə təyin olunmuş bir sıra xarici ölkələrin səfirləri və onların ailə üzvləri, eləcə də, blogger və influencerlər, yaradıcı şəxslər qonaq qismində iştirak etmişdir. Dəfilə təqdimatı tədbir qonaqlarının xüsusi marağına səbəb olan rəqs performansı ilə müşayiət olunub.

İstedadlı müğənni, ölkəmizi Eurovision beynəlxalq mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynovun ifaları isə gecəyə xüsusi rəng qatıb.

Məktəbin yaradıcısı Hədiyə Talıbova Simoorg-un missiyaları və uğurların danışıb. Vurğulanıb ki, Simoorg moda və dizayn akademiyası yaradıcılığı və innovasiyanı ön planda tutan bir təhsil müəssisəsi olaraq, ölkənin moda və dizayn sektoruna istedadlı və peşəkar mütəxəssislər yetişdirməyi hədəfləyir.

Simoorg moda və dizayn akademiyasının rəhbəri Hədiyə Talıbova tədbirdə keçirilən möhtəşəm make-up masterklassına görə L'oreal Groupe Regional Satış Meneceri Marina Posoxova və L'oreal Group regional vizajisti Vusala Manafovaya xüsusi təşəkkürlərini bildirib.

Tədbir Rüfət Xələfovun və Səma Abiyevanın aparıcılığı ilə yüksək səviyyədə təşkil olunaraq, qonaqlara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, Simoorg moda və dizayn akademiyası dünyanın bir çox moda təhsil mərkəzləri o cümlədən, İtalyada İstituto Marangoni və Accademia Del Lusso, Türkiyədə İstanbul Moda Akademiyası və Vakko ESMOD ilə sıx əməkdaşlıq çərçivəsində təhsil proqramları həyata keçirməkdədir.

Simoorg inkişaf və innovasiyanı əsas tutaraq tələbələrinə beynəlxalq standartlara uyğun tədris proqramları və yüksək səviyyəli təhsil təqdim edir. Moda və dizayn sahəsində peşəkar karyera qurmaq istəyən hər kəs üçün geniş imkanlar yaradır.

Tədbirdə təşkilati dəstəyə görə “Buro246” və “Azərfoto Xalça”-ya təşəkkür edilib. Əsrarəngiz moda gecəsi peşəkar fotoqraf Tato Panahi və onun heyəti tərəfindən işıqlandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Fevral 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri