Icma.az
close
up
RU
Simpozium türkdilli dövlətlərin mənəvi birliyini möhkəmləndirəcək

Simpozium türkdilli dövlətlərin mənəvi birliyini möhkəmləndirəcək

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ankara Hacı Bayram Vəli Universiteti tərəfindən irəli sürülən beynəlxalq layihənin bir mərhələsi kimi “Türk Dünyası və Piri Türküstan: Yəsəvi Yolu və İrsi” mövzusunda beynəlxalq simpozium təşkil olunub. Simpoziumun əsas təşkilatçıları Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olub. 

Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən konfrans çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlqələr üzrə prorektor professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ilə iştirakçılar arasında görüş keçirilib, elm və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Simpoziumun açılış mərasimində professor Cəfər Cəfərov Xoca Əhməd Yəsəvinin Türk dünyasında mənəvi və mədəni rolu haqqında məruzə edib. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin strateji məsələlər üzrə prorektoru Araz Aslanlı, Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru professor Mətin Orbay, konfransın Təşkilat Komitəsinin üzvü professor Sədullah Gültən çıxış ediblər.

Üç panel ilə işini davam etdirən simpoziumun ikinci panelində ATMU-nun professoru Minəxanım Əsədova “Əhməd Yəsəvi türbəsinin dünya şöhrəti və turizm potensialı” mövzusunda çıxış edib.

Türkdilli dövlətlərdə mənəvi birliyi möhkəmlətmək məqsədi ilə keçirilən konfransın əsas ideyası böyük türk sufi alimi Xoca Əhməd Yəsəvinin mənəvi və mədəni irsinin Türk dünyasında rolu və əhəmiyyətini elmi aspektdən araşdırmaq, bu irsin müasir dövrdəki təsirlərini işıqlandırmaq və ortaq mədəni yaddaşı möhkəmləndirmək olub.

Konfrans çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri arasında elm və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. İştirakçılar Xoca Əhməd Yəsəvinin Türk dünyasında mənəvi və mədəni rolu haqqında çıxış ediblər. 

Qeyd edək ki, tədbir zamanı Əhməd Yəsəvinin tarixi şəxsiyyəti, mənəvi irsi, yəsəvilik düşüncəsinin Osmanlı və Azərbaycan ərazilərində yayılması, müqəddəs məkanların sosial funksiyaları, Yəsəvi türbəsinin turizm potensialı və digər aktual mövzular geniş şəkildə müzakirə olunub.

Z.HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri