Icma.az
close
up
RU
Türkdilli dövlətlərin mənəvi dünyasının təcəssümü

Türkdilli dövlətlərin mənəvi dünyasının təcəssümü

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 24-də start götürmüş IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu gün sona yetəcək. Ötən günlərdə festivalda bir sıra maraqlı görüşlər, panellər, imza saatları, əyləncəli tədbirlər təşkil olunub.

AMEA Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə festival çərçivəsində “Bəxtiyar Vahabzadə – 100 paneli” keçirilib. Tədbiri açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə rəhbərinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli sərəncamının alimlərimiz üçün tədqiqat aparılması baxımından geniş imkanlar yaratdığını bildirib. Vurğulayıb ki, görkəmli şairin yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə akademiyanın elmi müəssisə və təşkilatlarında geniş tədbirlər planı icra edilir.

Bəxtiyar Vahabzadənin milli istiqlal düşüncəsi və azadlıq eşqi ilə yaşadığını deyən akademik, şairin hələ sovet hakimiyyəti illərində yazdığı “Gülüstan” poeması ilə bu ideyalarını tərənnüm etdiyini, ana dilimiz haqqındakı cəsarətli şeiri ilə milli özünüdərkin inkişafına çalışdığını söyləyib. Qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi həm də Türk dünyasının birliyinə çalışıb və bu gün onun uğrunda mübarizə apardığı ideallar reallığa çevrilib. Artıq Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaxından iştirak etməklə Türk dünyasının birliyinə misilsiz töhfələr verir.

“Bəxtiyar Vahabzadə – 100 paneli”ndə, həmçinin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları – dosent Aygün Bağırlı, filologiya elmləri doktorları Vaqif Yusifli, Esmira Fuad və Əlizadə Əsgərli çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığını incələyiblər.

Kitab bayramında maraqlı konsert də təşkil edilib. Nurəli Cavadovun dahi şair Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeirinə bəstələnmiş məşhur mahnını ifa etməsini tamaşaçılar və festival iştirakçıları alqışlarla qarşılayıblar. O, həmçinin, bir neçə Azərbaycan xalq və bəstəkar mahnılarını ifa edib. “Qubadan salamlar” adlı şeir saatı isə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylının yaradıcılığına həsr olundu. 28 May – Müstəqillik Gününə təsadüf edən görüşdə bayraqdar şairin “Azərbaycan bayrağı” şeirinə bəstələnmiş mahnını FHN Akademiyası Hərbi Orkestrinin solisti Anar İlhamlı (Məmmədbağırov) məharətlə ifa edib. Ramiz Qusarçaylı vətənpərvərlik ruhlu şeirləri ilə poeziyasevərlərin könüllərini oxşayıb.

Ədəbiyyat və kitab bayramında Festivalda Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt və Beyləqan Bölmələrinin təmsilçiləri Gülnarə Cəmaləddin, Məmmədyar Ziyadoğlu, Ağa Savalan Rövşən Qarabudaq və başqaları da gözəl çıxışları ilə yadda qalıblar. Festivalın diqqətçəkən ədəbi tədbirlərindən biri olan “Qəzəl saatı” da böyük maraqla qarşılanıb. Xanım şairlər Lilpar Cəmşidqızı, Xatirə Xatun və Gülarə Munis özünəməxsus poetik nəfəs və bədii ustalıqla klassik və çağdaş qəzəlləri səsləndiriblər.

Qəzəllərdə insan ruhunu oxşayan, milli-mənəvi dəyərləri əks etdirən obrazlar və poetik duyğular hər kəsə xoş anlar yaşadıb. “Bizim median” portalının masasında “Burulğan”, “Zərrə”, “Səssiz xatirə” kitablarının müəllifi, şair Gülər Eldarqızının imza günü keçirilib.

Qeyd edək ki, festivalın hər günü bir türk dövlətinin tarixi və ədəbiyyatına həsr olunub. Bu sıradan Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikalarının poeziya və nəsri barədə söhbətlər aparılıb, bədii nümunələr səsləndirilib, kitablar təqdim olunub.

Pavilyonlarda yerli nəşriyyatların çap etdiyi çoxsaylı bədii nümunələr də endirimli qiymətlərlə satışa çıxarılıb. Dəyərli poeziya və nəsr nümunələri satış qiymətlərindən 15–30 faiz aşağı olmaqla oxuculara təklif edilib və bu da oxucular üçün böyük fürsət olub. Uşaqlar üçün nəzərdə tutulan kitablar, yeni çıxmış əsərlər, hətta klassik ədəbiyyat nümunələrinə əlçatanlıq təmin olunub.

Tanınmış şair, “Azərbaycan” jurnalı Poeziya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin ürək sözləri:

– Bir qələm adamı kimi, son vaxtlar müntəzəm keçirilən və gözəl ənənə halı alan bu kimi kitab bayramlarının keçirilməsini ürəkdən təqdir edirəm. Bakının müxtəlif məkanlarında, digər şəhərlərimizdə kitab sərgiləri, festivalları oxucuları cəlb edir, gənclərin mütaliə mədəniyyətinin artmasına stimul verir. Bir həftə davam edən 4-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı da bu baxımdan istisna olmadı. Türkdilli dövlətlərin söz və qələm sahibləri, kitab naşirləri bir yerə toplaşıb fikir və təcrübə mübadilələri apardılar, şair və yazıçılar bir-birinə daha da yaxınlaşdılar, dostlaşdılar. Festivalın bir önəmli cəhəti də budur ki, oxucular kitab müəıllifləri ilə canlı ünsiyyətə girdilər, onlardan avtoqraflı kitabalar aldılar. Bir sözlə, festival hər kəsdə zəngin təəssürat yaratdı.

Nəhayət qeyd edək ki, bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2025 00:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri