Şimşək, leysan... Faktiki hava
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır.
Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Gədəbəydə 17, Daşkəsəndə 14, Ağstafa, Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, Şəkidə 2, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ, Naftalanda 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfa və Mingəçevirdə 21, Naftalanda 18, Şabranda 17, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Sədərəkdə 15 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 40, Naxçıvan MR-da 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti müşahidə olunub.
Baxış sayı:75
Bu xəbər 10 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















