Icma.az
close
up
RU
Sındırılma və sifarişli müdaxilə... Mütəxəssislər müasir e poçt şantaj əfsanələri haqqında danışır

Sındırılma və sifarişli müdaxilə... Mütəxəssislər müasir e poçt şantaj əfsanələri haqqında danışır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kaspersky mütəxəssisləri kibercinayətkarların istifadəçiləri e-poçt vasitəsilə şantaj etmək üçün istifadə etdikləri mövcud taktikaları təhlil ediblər. Mütəxəssislərin sözlərinə görə, bu kibertəhdidin uzun müddətdir mövcud olmasına baxmayaraq, fırıldaqçıların əfsanələri inkişaf edir və e-poçtlar daha fərdiləşdirilmiş və inandırıcı olmağa başlayır. Lakin, əksər hallarda bu qorxulu mesajların heç bir real əsası olmur. Müxtəlif dillərdəki e-poçtlarda ən çox rast gəlinən taktikalar:

*Əfsanə - cihaza girişin sındırılması*. Bu cür e-poçtlarda fırıldaqçılar qurbanın cihazına: kameraya, mikrofona, foto və videolara, şəxsi yazışmalara, brauzer tarixçəsinə və digər məlumatlara giriş əldə etdiklərini iddia edirlər. Oğurlandığı iddia edilən məxfi və intim materialların ictimaiyyətə açıqlanmaması qarşılığında fırıldaqçılar onlara pul köçürülməsini tələb edirlər. Bəzən bu məktubların müəllifləri hətta gələcəkdə xoşagəlməz vəziyyətlərdən necə qaçınmaq barədə "nəcib" məsləhətlər verirlər: məsələn, şifrələri müntəzəm olaraq dəyişdirmək və linklərə klikləyərkən diqqətli olmaq.

*Əfsanə - sifarişli qatildən məktub*. Mütəxəssislər “killer”dən guya ona qurbanın öldürülməsinin sifariş edilməsi haqqında məktuba rast gəliblər. Məktubun müəllifi iddia edir ki, əgər qurban bu sifariş üçün vəd edilmiş məbləğdən daha çox pul ödəyə bilsə, o, cəzadan xilas olacaq. Əslində, bu, sadəcə istifadəçini qorxutmaq və onun pulunu ələ keçirmək məqsədilə edilən manipulyasiyadır.

*Əfsanə - saxta hüquq-mühafizə orqanlarından gələn təhdidlər*. Fırıldaqçılar guya müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşlarının, cümlədən uydurma hüquq-mühafizə orqanlarının adından e-poçtlar göndərirlər. Mesajlarda istifadəçilər qanunsuz videolar yaratmaq və yaymaq kimi hüquqazid fəaliyyətlərdə ittiham olunurlar. E-poçtun etibarlı görünməsi üçün müəlliflər saxta imzalar və ya möhürlər əlavə edir və uydurma hüquqi müddəalara istinad edirlər. Onlar qurbandan dərhal göstərilən e-poçt ünvanı ilə əlaqə saxlamağı tələb edirlər ki, cərimə ödəməyə məcbur edə bilsinlər və beləliklə, guya cəzadan azad olsunlar.

"Şantajçıların istifadə edikləri fəndlər həddən artıq çoxdur - bu kibertəhdidlər uzun müddətdir mövcuddur, amma, təəssüf ki, hələ də aktualdır. Təcavüzkarlar daim taktikalarını yeniləyirlər: təhlükəsizlik həllərinin fırıldaqçı e-poçtları aşkarlamasını çətinləşdirmək üçün onlar detalları e-poçtun özündə deyil, PDF və ya DOC əlavələrində təqdim edirlər, müxtəlif əlifbalardan hərfləri qarışdırırlar, sözlər və sətirlər arasına hərfi, riyazi və xüsusi simvolların, eləcə də durğu işarələrinin ixtiyari ardıcıllığını daxil edirlər. E-poçtların özləri çox vaxt inandırıcı görünür. Məsələn, son illərdə təcavüzkarlar şantaj edilən şəxsin şəxsi məlumatlarını göndərilən mesajlara daxil etməyə başlayıblar. Fırıldaqçılar, ehtimal ki, bu məlumatları sızdırılmış məlumat bazalarından əldə edirlər", - deyə Kaspersky-nin baş spam analitiki Anna Lazariçeva bildirir.

Eektron poçt fırıldaqlarından qorumaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edir:

son dərəcə qorxulu, xüsusən də problemin həlli üçün göndərənlə təcili əlaqə saxlamağı təklif edən mesajlara tənqidi yanaşın;göndərənin ünvanını diqqətlə yoxlayın və məktubun mətnində və ya “Cavabla” hissəsində rəy üçün ünvan varsa, onların uyğun olub-olmadığını müqayisə edin;məktubdakı səhvlərə və yazı səhvlərinə diqqət yetirin;məlumatı yoxlayın: məsələn, göndərənlərin istinad etdiyi qanun maddələrini və ya məktubu göndərən olduğunu iddia edən orqan və qurumların mövcudluğu faktını.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Noyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri