Icma.az
close
up
RU
Sinə açılır, üz gərilir, burun kiçilir, dodaqlar şişir... Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, burun kiçilir, dodaqlar şişir... Müğənnilərimizdə nə baş verir?

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Günel Natiqin “40 yaşdan sonra utanan müğənnilər” köşəsini təqdim edir.

40 yaşdan sonra müğənnilərdə nə baş verir? Paltarların sinəsi açılır, ətəklərin yarıqları böyüyür, üzlər gərilir, burunlar kiçildikcə kiçilir, dodaqlar şişib əndazədən çıxır...

20 il əvvəlin söhbətidir. Həmişə səhnədə eleqant libasda sakitcə durub öz lirik mahnılarını oxuyan müğənnini tanımadım. Əl-qol hərəkətləri də, geyimi də məktəb partisində atılıb-düşən yeniyetmə qızı andırırdı. "Ona nə olub?" soruşanda "40 yaşı təzəcə tamam olub" dedilər. Barmağımı dişlədim.

40 yaşdan sonra qadınlarda menopoz baş verir, qadın hormonlarının səviyyəsi azalır. Bundan başqa, dəri öz elastikliyini, şuxluğunu itirir. Psixoloji cəhətdən stabil olan müdrik qadınlar bu yaş böhranının öhdəsindən gəlir, qeyri-stabil olanlarda isə problemlər yaranır.
Qadın nə olursa-olsun, gəncliyini saxlamaq, hələ cavan olduğunu ətrafdakılara sübut etmək istəyir. Bəzən bu cəhdlər ifrat dərəcədə özünü göstərir.

40 yaş böhranını alnıaçıq adlaya bilməyənlər özlərində olan dəyişikliyin fərqində belə olmurlar. 40 yaşdan sonra açıq-saçıq geyimlərilə gündəmə gələn müğənni bir dəfə "Mən çox utancağam" deyərək hamını gülüşə boğdu. Geyimləri ifa tərzinə və səhnəyə yaraşmayan bu xanımın utancaq olduğunu təsəvvür etmək, həqiqətən, çətin idi. 40 yaş böhranı qadının psixologiyasını necə sarsıtmışdısa, xarakteri də başqa biçim almışdı.

Yaş ilə mübarizənin acınacaqlı duruma saldığı daha bir "utancaq" müğənni xanım da bizi bu günlərdə güldürdü.

Bu müğənni də 40 yaşdan sonra tanınmaz hala düşüb. Özü dediyi kimi, plastik əməliyyatların sayını itirən bu xanımı nəinki tamaşaçılar, heç doğma atası da tanımır.

Bu günlərdə kəskin sinə dekolteli libasda proqramların birində qonaq olan bu xanım ərz edib ki, televiziyadakı şoulara baxarkən möhkəm xəcalət çəkir: "Elə utanıram, elə utanıram!".
Xanım müğənninin sözlərilə görkəmi arasında uyğunluq görməyənlər "Biz də sənə baxanda utandıq" deməkdən başqa söz tapa bilməyiblər.

Libasın estetik dəyəri olmalıdır. Açıq- saçıq geyim qadağan edilməyib, siz onu kazinoya, restorana, əyləncəli şoulara geyinə bilərsiniz. Ancaq ciddi sənət söhbətlərinin getdiyini güman etdiyiniz bir proqrama vulqar geyimdə gələrək şou aləminin səviyyəsizliyindən bəhs etmək öz qüsurlarını görə bilməməkdir. Bundan sonra isə gülüş hədəfinə çevrilmək var.

Bu halda ən çox təəssüf doğuran peşəkar sənətçilərin 40 yaş böhranına qurban getməyidir. Estetik prosedur, açıq- saçıq geyimlərlə gəncliyini yenidən tapdığını düşünənlər həm normal görünüşünü, həm də sənətinin gələcəyini itirir. Çünki ciddi sənət bütövlük tələb edir.

40 yaş böhranını adlaya bilməyənlərin 50, 60 yaşların psixologiyasına necə sinə gərəcəyi də maraq doğurur.
Monika Beluççini qocaldan dünya, heç kimə rəhm etməz. Bir fərq var ki, Monika müdrik qadın kimi- yaşından qorxmadan, özündən utanmadan, sevənlərini itirmədən, gülüş hədəfinə çevrilmədən, gözəl qocalır...

"Brilyant əl"in aktrisası vəfat etdi Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri