Hamiləlikdə ayaq niyə şişir?
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Hamiləlik dövründə qadınların əksəriyyətində ayaq və topuq nahiyəsində şişkinlik müşahidə olunur.
Milli.Az xəbər verir ki, bu hal əsasən fizioloji dəyişikliklərlə əlaqələndirilir və təhlükəli hesab olunmur.
Həkimlər bildirir ki, hamiləlik zamanı bədəndə qan və maye miqdarı artır. Bununla yanaşı, böyüyən uşaqlıq qarın boşluğundakı damarlara, xüsusilə ayaqlardan qayıdan venalara təzyiq göstərir. Nəticədə ayaqlarda maye toplanaraq ödem yaradır.
Şişkinliyə səbəb olan digər amillər arasında hormon səviyyəsinin dəyişməsi, damarların genişlənməsi və isti hava şəraiti də göstərilir. Xüsusilə yay aylarında bu əlamət daha da nəzərə çarpır.
Mütəxəssislər bildirir ki, hər iki ayaqda yüngül şişkinlik normal hesab olunur. Lakin şişkinlik yalnız bir ayaqda yaranıbsa, ağrılıdırsa və ya digər narahatedici əlamətlərlə müşayiət olunursa, bu halda dərhal həkimə müraciət edilməlidir. Bu cür hallar bəzi hallarda ciddi risklərin göstəricisi ola bilər.
Milli.Az
Baxış sayı:83
Bu xəbər 11 İyul 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















