Icma.az
close
up
RU
“Sinifdəki oğlanların hamısı məni zorladı” 13 yaşlı qızın DƏHŞƏTLİ DRAMI

“Sinifdəki oğlanların hamısı məni zorladı” 13 yaşlı qızın DƏHŞƏTLİ DRAMI

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə 17 oğlanın 13 yaşlı qızı məktəb tualetində zorlaması ilə bağlı məlumat yayılıb.

Dəhşətli hadisə Ankara şəhərində baş verib. Yerli mətbuatın yazdığına görə, orta məktəblərin birində 17 oğlan şagird məktəbin qızlar tualetinə zorla daxil olub sinif yoldaşları A.B.-yə dəfələrlə təcavüz ediblər.

Hazırda oğlanlar hadisə ilə bağlı məhkəməyə verilib. A.B. polisə ifadəsində bildirib ki, hətta bu hadisələri görənlər ona kömək etməyiblər.

Məlumata görə, təcavüzə məruz qalan qız bir universitetdə müəllim işləyən ata və ananın tək övladıdır. A.B. başına gələn iyrənc hadisəni düz bir il utanaraq ailəsinə deməyib. Hadisə 2023-cü ildə baş verib. Həmin zaman qızın 13 yaşı olub. O vaxt qız orta məktəbin 7-ci sinfində oxuyurmuş. Eşitdiklərindən şoka düşən valideynlər polis bölməsinə gedib 17 oğlan şagirddən şikayətçi olublar. Ana və ata qızlarını dərhal başqa məktəbə köçürüblər. Psixologiyası pozulan A.B.-nin psixiatrik müalicəsinə başlanılıb. Ailə tələb edir ki, bu məsələ ilə bağlı məktəb rəhbərliyinə və müəllimlərə qarşı da cinayət işi açılsın.

Valideynlərin iddiasına görə, bu iyrəncliklərdən xəbər tutsalar da, məktəb rəhbərliyi və müəllimlər susub.

İstintaq zamanı qız Uşaq Monitorinq Mərkəzində 3 dəfə ifadə verib. A.B. ifadələrində deyib ki, köhnə məktəbində yaşadığı zorakılığa görə, yerini dəyişib: “Demək olar ki, sinifdəki oğlanların hamısı məni zorladı”.

İfadəyə görə, oğlan sinif yoldaşları məktəbdə hamının yanında onu rahatlıqla öpür və intim yerlərinə toxunurlarmış: "Bunlar məktəbin hər yerində olub. Sinifdə, dəhlizdə, yeməkxanada, tualetdə. Bu hadisələri görənlər mənə kömək etməyiblər". Qız bir-bir ona qahmar çıxmayan yoldaşlarının adını çəkib.

Türkiyə qanunlarına görə, uşağa qarşı cinsi istismar cinayətinə görə yetkin şəxsi 28 ilədək azadlıqdan məhrum edirlər. Lakin oğlan şagirdlərin yaşı 15-dən az olduğu üçün qanuna görə, bu cinayətə görə 7 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutula bilməz. Bu hadisə ilə bağlı məhkəmə Bakı vaxtı ilə 11:00-da keçiriləcək. /Lent.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri