Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Fələstinə ərə gedən rus qızın DƏHŞƏTLİ DRAMI

Fələstinə ərə gedən rus qızın DƏHŞƏTLİ DRAMI

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fələstinli ilə ailə qurub onun ölkəsinə köçən rus qızı Oksana illər sonra təsadüfən bir rus jurnalist ilə əlaqə yaradıb. O, jurnalist xanıma Fələstindəki həyatı barədə danışaraq, əcnəbilərlə evlənmək istəyən həmvətənlərinə “qərar verməzdən əvvəl iki dəfə düşünməyi” tövsiyə edib.

Oksana azadlığını sevgisinə qurban verdiyini deyib: “Mənim üçün nələrisə dəyişmək artıq, gecdir”.
Əslən Rusiyanın Pskov şəhərindən olan Oksana gələcək həyat yoldaşı fələstinli İbrahimlə Sankt-Peterburqda Texnoloji İnstitutda oxuyarkən tanış olub. Tələbə yoldaşı ilə yaxın münasibəti tezliklə sevgiyə çevrilib.

Oksananın söylədiyinə görə, onun valideynləri bu yaxınlığın əleyhinə olublar. Lakin Oksana ata-anasını dinləmək istəməyib və ərəb sevgilisi ilə münasibətini davam etdirib.
Gənclər universitetdən məzun olduqdan sonra Fələstinə köçməyə qərar veriblər. Oksana müsəlman ölkəsində onu gözləyən həyat tərzini, qayda-qanunları təxminən bilirmiş. Çadra geyinməyə belə, psixoloji olaraq hazırlaşıbmış. Ancaq hər şey onun təsəvvür etdiyi və gözlədiyi kimi romantik olmayıb. Oksananın jurnalist xanıma söylədikləri ilə siz də tanış olun: 

“Biz Fələstinə gələndə, sanki orta əsrlərə qayıtdığımı düşündüm. Bir müddət başıaçıq gəzdiyimə görə ətrafdakılar mənə ürkək-ürkək, həm də maraqla baxırdılar. Ərimin valideynləri heç də mənim bu halımdan razı deyildilər. Onlar mənim başıaçıq gəzməyimi başqa ölkədən olmağıma və başqa dinə tapındığıma görə müvəqqəti qəbul etsələr də tezliklə bu işin axırına çıxmağa çalışırdılar. Odur ki, bir gün qaynanam mənim islam dinini qəbul etməyimi və hicablı uzun paltar geyinməyimi tələb etdi. Təbii ki, mən sevdiyim adamın xatirinə deyilənlərə razı oldum. Beləliklə, dinimi dəyişərək  islamı qəbul etdim.

Burdakı həyatımda ilk əlamətdar hadisə o oldu ki, biz ərimin valideynlərinin evinə köçüb onlarla yaşamağa başladıq. İlk gündən başa düşdüm ki, bu ailədə hər şeyə qaynanam qərar verir. Əlbəttə, ilk vaxtlar çox sıxılırdım, bu cür həyat tərzi ilə barışa bilmirdim. Hiss edirdim ki, həyat yoldaşım da mənə qarşı biraz dəyişib, ailəiçi mübahisələrdə həmişə anasını dəstəkləyir.

İkinci “sürpriz”im bu oldu: tezliklə başa düşdüm ki, bu ölkədə qadınların heç bir insani dəyəri yoxdur. Bu ölkədə qadın şəxsiyyət sayılmır, heç bir qadın təkbaşına kişisiz küçəyə çıxa bilməz. Bunu dərk edincə, çox üzüldüm.

Demək olar ki, altı ilə yaxın qayınanamın qaydaları altında  onların evində yaşadıq. Bütün bu müddət ərzində mən öz evimin xanımı olmağı arzulayırdım. Nəhayət, illər sonra bu arzum gerçəkləşdi. Mən artıq iki uşaq anasıyam. Fələstinli bir ailədə ən azı 4-5 uşaq dünyaya gətirmək yazılmamış qanundur. Mən yoldaşımı birtəhər dilə tutub, hələlik iki uşaqla kifayətlənmişəm.

Bütün bu iztirabların içində ən acınacaqlısı odur ki, mən valideynlərimlə çox nadir hallarda danışa bilirəm. Yəni, Fələstində belə bir şeyi qəbul etmirlər. Çox darıxıram…
Əslində, sizinlə bağlantı qurmağıma və həyatımı sizə danışmağa məni bir səbəb vadar etdi. Mən təsadüfən eşitdim ki, bir rus qızı fələstinli oğlanla ailə qurmaq istəyir. Fələstinli kişi ilə ailə quran və illərdir ömrünü bu ölkədə xərcləyən bir rus qadını kimi əcnəbi ilə ailə qurmaq istəyən həmvətənlərimə səslənirəm:
“Əzizlərim, nə olur-olsun, bu barədə düşünərkən, tələsik, emosional qərar verməyin. Gələcək həyatınızı, sizi nələrin gözlədiyini, sonrakı peşmançılığın fayda verməyəcəyini dönə-dönə düşünün! Əcnəbi biri ilə, xüsusilə, ərəb ölkələrinin vətəndaşları ilə evlilik heç də yaxşı nəticə vermir.
Təəssüflər olsun ki, mən sizə hər şeyi açıq danışa bilmirəm. Bu ölkələrdə hətta danışılması belə biabırçı, iyrənc olan çox şeylər var.
Xüsusilə gənc qızlara üzümü tuturam: Bacardıqca, xaricilərlə münasibətlərdən qaçın.

Doğrudur, istəsəm də, istəməsəm də Fələstin hazırda mənim ikinci vətənim sayılır. Mən həyat yoldaşıma və uşaqlarıma görə bu həyata dözürəm. Amma Rusiya hər zaman mənim qəlbimdə olacaq. Bunlar mənim dinimi, kimliyimi, hətta adımı belə dəyişiblər, lakin mənim rus mənəviyyatımı heç nə dəyişə bilməz. Mən Rusiyanı sevirəm və o ümidlə yaşayıram ki, uşaqlarım böyüyüb Rusiyaya, oxumağa və orada yaşamağa gedəcəklər…”

Oksana ilə söhbətləşən jurnalist qeyd edib ki, müsahibinin təhlükəsizliyi üçün onun ailəsi və həyatı ilə bağlı əlavə detalları dərc etməyəcək. Söhbətin sonunda Oksana Fələstində ona müsəlman adı qoyulduğunu və artıq öz taleyi ilə barışdığını söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Yanvar 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri