Icma.az
close
up
RU
Sinifləri birləşdirir, şagirdlərin qavrama bacarığını nəzərə almırlar Təhsil problemləri açıqlandı

Sinifləri birləşdirir, şagirdlərin qavrama bacarığını nəzərə almırlar Təhsil problemləri açıqlandı

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Təhsil sisteminin müxtəlif sahələri üzrə müəyyən boşluqlar və çatışmazlıqlar hələ də qalmaqdadır".

Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə Milli Məclisdəki məruzəsində qeyd olunub.

Bildirilib ki, müəllim çatışmazlığı və ya şagird azlığı səbəbindən regionlarda bəzi orta ümumtəhsil müəssisələrində siniflərin komplektləşdirilməsi həyata keçirilir.

Xüsusən ucqar kənd məktəblərində müəyyən siniflər birləşdirilməklə dərs saatı hər sinif üçün müvafiq olaraq yarıya bölünür və nəticədə eyni müəllim bir neçə sinfi birləşdirərək tədris aparmağa məcbur olur. Müxtəlif yaş kateqoriyasında olan şagirdlərin təhsil səviyyəsi, öyrənmə sürəti və qavrama bacarıqları müxtəlif olduğundan belə hal hər iki sinfin effektiv təhsil almasını çətinləşdirir. Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salmaqla yanaşı, müəllimlərin dərs saatının azalmasına da gətirib çıxarır.

Sənəddə qeyd olunub ki, təhsil hüququ ilə bağlı Ombudsmana ünvanlanmış müraciətlərdə təhsil müəssisələrində mövcud olan çatışmazlıqlar, eləcə də müəssisə rəhbərlərinin təlim-tədris prosesinin təşkilinə laqeyd münasibəti kimi hallar öz əksini tapıb. Həmin müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində hüquq pozuntularının aradan qaldırılması üzrə zəruri tədbirlər görülüb.

Bildirilib ki, müraciətlərin təhlili göstərir ki, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə, peşə təhsili müəssisələrində və kolleclərdə davamlı olaraq monitorinqlərin aparılması zəruridir. Belə yanaşma təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə, tədrisin dövlət standartları əsasında təşkil olunmasını təmin etməsinə yardım edir. Buna baxmayaraq, ölkə üzrə bəzi təhsil müəssisələrində hələ də öz həllini gözləyən bəzi problemlər mövcuddur.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see246

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see174

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see144

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see143

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see141

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri