Icma.az
close
up
RU
Sınıqları xaş yeməklə birləşdirmək olarmı? Travmatoloq AÇIQLADI VİDEO

Sınıqları xaş yeməklə birləşdirmək olarmı? Travmatoloq AÇIQLADI VİDEO

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sağlamolun.az  portalının bu günkü qonağı hər kəsi maraqlandıran suallara maraqlı cavablar verib. Doğrudanmı, xaş sınıqları sağaldır, boyumuzu uzada bilərikmi, qabırğasını çıxartıdaran xanımları hansı təhlükə gözləyir?

“BAKU City Hospital”ın Baş həkimi, ortoped-travmatoloq Bayram Qorçiyev pasiyentlərin doğru bildiyi yanlışlardan danışır:

- İnsanlarda belə bir düşüncə var ki, xaş yemək sınıqların birləşməsinə yardımçı olur. Bu düşüncə nə qədər doğrudur?

- Sovet dövründə insanlarda müxtəlif yanlış yanaşmalar vardı. Bu yanlış yanaşmalar da insanların hafizəsində dərin iz buraxmışdı. Xəstələrdən eşitdiklərimizdən birincisi budur ki, deyirlər sınıq varsa, xaş ye. Xaş yeməyin bu müalicəyə heç bir təsiri yoxdur. Sadəcə keçmişdə əməliyyat və fiksasiya metodları o qədər mükəmməl olmadığı üçün biz həkimlər çalışırdıq ki, orqanizmdə zülal və kalsi bolluğu yaradaq. Amma hansısa aparatla və vintlərlə normal bir immoblizasiya metodu seçilibsə və yaxud da kiçik bir sınığa adi bir gips qoyulubsa, xaş yeməyin buraya heç bir adiyyəti yoxdur. Əksinə xaş özü duzlarla, yağlarla zəngin olan bir yemək növüdür. Bu gün insanlar normal miqdarda ət qəbul edirsə, tvaroqla, südlə qidalanırsa, aşağı və yuxarı ətrafa hərəkət verib ağırlıq sala bilirsə, sınığın bitişməsinə çox müsbət təsir göstərir. Əgər sınıq düzgün təsbit olunmayıbsa və orada infeksiya varsa, gündə üç dəfə xaş yesəniz də, o sınıqlar bitişməyəcək. Deməyim odur ki, xaşdan alınan maddələr başqa qidalardan da alına bilir. Sadəcə olaraq ilk növbədə sınığın düzgün təsbit olunması, əməliyyat olunması daha önəmlidir. Sınıq orqanizm üçün risk faktorudur. Orqanizmin potensial imkanlarından maksimum istifadə olunur ki, sümük, qan damarı, əzələlər zədələnib, bunlar bərpa olunsun. Arıq, gücsüz, qidalanmayan, infeksiyası olan yaşlı adamlarda belə sınıqlar bitişmir. Və burda təbii ki, qidalanmanın böyük əhəmiyyəti var. Orqanizmin oksigenlə təmin olunması, açıq havada olmasının böyük əhəmiyyəti var. Eyni zamanda siqaret çəkməyin böyük ziyanı var. Siqaret çəkən insanların sınıqları bitişmir. Bəri başdan xəstəyə deyirik ki, siqaret çəkirsənsə, sınığının bitişməsinə qarant yoxdur. Çünki siqaret çəkən insanlarda orqanizm normal oksigenlə təmin olunmur. Meyvə, düyü, qarabaşaq kimi qidalarla sınıq bitişməz. Bu insanlar mütləq ət, pendir, şor yeməlidir, süd içməlidir. Gündəlik xaş yemək bu insanların qaraciyərinin yüklənməsinə, xolesterolun qalxmasına təsir edir. Mən daha çox ət, tvarok, şor, ən azından badam, ləpə yemək, təmiz havada çox olmaq, aşağı və ya yuxarı ətrafa təzyiq verməyi məsləhət görürəm. Bunlar sınığın bitişməsinə şərait yaradır. Amma ilk növbədə dediyim kimi düzgün təsbit və düzgün müalicə olunsun ki, əlavə bunlar da olanda sınıq daha tez bitişsin.

- Bu günə kimi boyunun qısa olmasından utanan adamlar haqqında çox eşitmişik. Yeni müalicə üsullarıyla boyun uzanmasının mümkünlüyü iddia olunur. Bu, nə qədər mümkündür?

- Bununla bağlı bizə tez-tez müraciətlər olur.  Bəzi dövlət müəssisələrində çalışmaq istəyən vətəndaşlar üçün boy həddi mövcuddur. Boy qoyulan həddən aşağı olmamalıdır. Bu insanlar da bizə müraciət edir. Normalda bəzi bəstə boylu insanlar var ki, onlar xəstədir. Liliputlar, hondrodisplaziyalar kimi. Onlar da boylarının uzadılmasını istəyirlər. Eyni zamanda normal insanlar da müraciət edirlər, onlar da istəyirlər boyları bir az daha uzun olsun. Bununla bərabər müxtəlif travmalar zamanı aşağı və yuxarı ətraflarda qısalmalar gedir. Və yaxud bəzi iltihabi xəstəliklərdən sonra uşaqlarda böyümə zonası zədələnir və onlarda da qısalma gedir. Bu zaman da boy uzatmaq üçün müraciət edirlər. Hər bir halda bu məsələ konkret həll olunmalıdır və həll oluna bilir. Ən çox Azərbaycanda illizarov aparatı ilə boy uzadırıq. Türkiyədə illizarov tipli aparatlarla və daxildən şitiflər qoyularaq  bu proses həyata keçirilir. Bu zaman hər dəfə hərəkət etdikcə boy 1 mm uzanır. Hər bir metodun özünün müsbət və mənfi tərəfləri var. Riskli, eyni zamanda yaxşı effekt verən bir əməliyyatdır.

- Bu əməliyyatlar neçə yaşına kimi olur?

- Bu əməliyyatı hər yaşda olan insanlara edə bilirik, ancaq yaşlandıqca bunların bitişməsi çətinləşir. Orqanizm yetişdirə bilmir, çünki sümük toxuması əmələ gəlir, bu da orqanizmdən çox böyük ehtiyatlar tələb edir. Zülal, kalsi, vitamin D, kollogenlər v.s. Bu əməliyyatları gənc yaşlarda edirik, amma yaşlı adamlarda da bəzi vaxtlar otopedik məqsədlə edirik. Çox zaman bu çətin olur, amma mümkündür. O zaman normal şərtlərdə boyu 5-7 sm uzatmaq mümkündür.

- Boy uzatmaq üçün edilən bu əməliyatların fəsadları varmı?

- Hər cür fəsadlları ola bilir. Çünki bu çox ağır bir əməliyyatdır. Bu zaman sinir pozuntuları əmələ gələ bilir. Xəstələr dözmür, nevroza girə bilir, əyrilər, təkrar qırılmalar, deformasiyalar olur.

- Xanımlar çox zaman bellərinin incəldilməsi üçün qabırğalarını çıxartdırırlar. Qabırğanın çıxarılması nə dərəcədə doğrudur?

- Aşağı qabırğaların çıxarılması əməliyyatıdır ki, orqanizm üçün elə bir mahiyyət kəsb etmir. Çünki onlar döş qəfəsinin formalaşmasında az iştirak edirlər, döş sümüyünə birləşmirlər, ucları azaddır. Bu hər bir insanın və əməliyyat aparan həkimin öz riskidir. Gərək onu elə çıxarasan ki, plevra zədələnməsin, ağ ciyərə mənfi təsiri olmasın.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri