Icma.az
close
up
RU
Barmaqları şaqqıldatmaq təhlükəlidirmi? Travmatoloq ortoped AÇIQLADI

Barmaqları şaqqıldatmaq təhlükəlidirmi? Travmatoloq ortoped AÇIQLADI

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Əgər barmaqları şaqqıldatmaq ağrı və ya şişkinliklə müşayiət olunmursa, bu, təhlükəli hesab edilmir.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı travmatoloq-ortopedi Vitali Skakun bildirib.

Onun sözlərinə görə, barmaqları şaqqıldadarkən eşidilən səslər oynaqların boşluqlarını dolduran sinovial mayedə yaranan qaz qabarcıqları ilə bağlıdır.

"Oynaqlar qəfil dartıldıqda (məsələn, barmaq əyildikdə), kapsul daxilində təzyiq azalır və qaz (azot, karbon qazı və s.) qabarcıqları çökür. Məhz bu proses nəticəsində şaqqıltı səsi yaranır. Bu səs qığırdaq toxumalarının sürtünməsi ilə əlaqəli deyil və oynaq səthlərinə zərər vermir. Əgər oynaqlar sağlamdırsa, bu cür şaqqıltı artrit, artroz və ya digər oynaq xəstəliklərinə səbəb olmur," - deyə həkim izah edib.

Bununla belə, əgər şaqqıltı ağrı, şişkinlik və ya sərtliklə müşayiət olunursa, bu, osteoartrit və ya bağ zədələnməsi kimi patologiyaların əlaməti ola bilər.

"Əgər bağlar və ya vətərlər zədələnibsə, qəfil hərəkətlər vəziyyəti daha da ağırlaşdıra bilər. Həmçinin iltihablı hallarda - məsələn, artrit, bursit və ya tendinit zamanı - şaqqıltı təhlükəlidir və oynağa düşən yükün azaldılması vacibdir. Əgər şaqqıltı ağrısızdırsa və heç bir şişkinlik yoxdursa, narahat olmağa dəyməz. Lakin əgər ağrı, qızartı və ya hərəkət məhdudiyyəti müşahidə olunursa, xüsusilə bu hal travmadan sonra baş veribsə, mütləq həkimə müraciət edilməlidir," - deyə həkim yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Aprel 2025 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri