Icma.az
close
up
RU
Siqaret çəkməyənlərə əlavə istirahət VERİLƏCƏK?

Siqaret çəkməyənlərə əlavə istirahət VERİLƏCƏK?

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bütün siqaret qutularının üzərində yazılıb: “Siqaret sağlamlığınız üçün təhlükəlidir”. Lakin heç bir aludəçi siqaretin üstündəki bu xəbərdarlığa məhəl qoymur.
 

Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda siqaret çəkənlərin sayını azaltmaq üçün müxtəlif inzibati qaydalar tətbiq edilir. Məsələn, ölkəmizdə ictimai yerdə siqaret çəkmək, siqaret kötüyünü hara gəldi atmaq olmaz. Bunu edənləri sərt maddi cəzalar gözləyir.
 


Yaponiyada isə siqaret çəkənlərin sayını azaltmaq üçün qəribə metoda əl atılıb. Belə ki, əmək qanunvericiliyinə əsasən siqaret çəkməyənlərə il ərzində 6 gün istirahət hüququ tanınır. Gündoğan ölkədə hesab edirlər ki, siqaret çəkən insanlar tez-tez iş yerini tərk edir, siqaret çəkməyə çıxırlar. Bu da işdə fasilələrə səbəb olur.

Bəs, ölkəmizdə siqaret çəkənlərin sayını azaltmaq üçün hansı təşviq alətlərindən istifadə edilə bilər?
 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, tütün və tütün məmulatlarından istifadəyə qarşı mübarizə bütün ölkələr üçün aktual məsələdir:

“Bizim cəmiyyətimiz üçün də bu, xüsusi aktuallıq kəsb edir. Çünki siqaret çəkənlərin sayı sürətlə artır. Əgər əvvəllər yalnız kişilər siqaret çəkirdisə, indi uşaqlar və qadınlar arasında da siqaret aludəçiləri çoxalıb.
 

Eyni zamanda sulu qəlyan və elektron siqaretdən istifadə edənlərin sayında artım dinamikası var. Bu da sağlam və keyfiyyətli əhali indikatoru baxımından problemlər yaradır. Sözügedən tendensiya ictimai sağlamlıq baxımından nə qədər təhlükəli olsa da, gündəlik iş fəaliyyətində bir o qədər bezdiricidir. Siqaret çəkən adam iş saatlarında ən azı 3-4 dəfə iş yerini tərk edir. Bu da keyfiyyətli iş əmsalına təsirsiz ötüşmür”.

Müsahibimiz qeyd edib ki, belə halların qarşısını almaq üçün xarici ölkələrdə fərqli təcrübələr var:
 

“Bütün idarəçilər fərqli alətlərdən istifadə edərək siqaret çəkənlərin sayını azaltmağa çalışır. Düşünürəm ki, siqaret çəkənlərin azaldılması baxımından belə bir təşviq alətindən istifadə edilə bilər. Məsələn, iş elanlarında qeyd edilə bilər ki, “müsabiqədə siqaret çəkməyənlərə üstünlük verilir”.


Bu da siqaretdən istifadə edənlərin sayını xeyli azaldar. Siqaretin zərərləri barədə sosial çarxların sayını və yayım coğrafiyasını genişləndirmək yaxşı olardı. Orta və ali məktəblərdə siqaretin ziyanı ilə bağlı kampaniyaların, görüşlərin təşkili də vacibdir. Məhz belə marifləndirici tədbirlər yolu ilə keyfiyyətli əhali indikatorunu artıra bilərik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri