Bəzi işçilərə əlavə istirahət veriləcək
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Milli Məclisin bugünkü plenar iclasında küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. Bununla əlaqədar Əmək Məcəlləsinə müvafiq dəyişikliklər olunub.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə əsasən, açıq şəraitli iş yerlərində, o cümlədən həmin iş yerləri üzrə qurğularda küləkli havada çalışan işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin tam dayandırılması təmin ediləcək.
Həmçinin yeni tənzimləməyə görə, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə yalnız həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş xüsusi hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda istisnasız olaraq dayandırılacaq. pizza
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.
Baxış sayı:129
Bu xəbər 30 Oktyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















