Siqaret istifadəçiləri sırasında Türkliyə ilk yerdədir
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə adambaşına orta hesabla gündəlik 17,1 siqaret istehlakı ilə dünyada birinci yerdədir.
Newscenter.az xəbər verir ki, bunu professor Şevket Özkaya deyib. O bildirib ki, ölkədə 18 yaşdan yuxarı hər iki kişidən biri və hər dörd qadından biri siqaret çəkir.
Siqaret istifadəsinin dünya miqyasında əhəmiyyətli bir ictimai səhiyyə problemi olaraq qaldığını bildirən Şevket Özkaya, Türkiyədə istehlak nisbətlərinin də həyəcanverici səviyyələrə çatdığını deyib.
Özkaya bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının "dünyanın ən sürətli yayılan və ən uzunmüddətli epidemiyası" kimi təsvir etdiyi siqaret çəkmə son illərdə inkişaf etmiş ölkələrdə azalsa da, Türkiyə kimi inkişaf etməkdə olan və ya geridə qalmış ölkələrdə onun istehlakı hər il artır:
"Araşdırmalar göstərir ki, Türkiyə adambaşına düşən orta gündəlik siqaret istehlakı ilə ən yüksək göstəriciyə malikdir - 17,1 siqaret. Bu rəqəm Yunanıstanda 15,7, İsraildə 15,5, Yaponiya və Avstriyada isə 15,4-dür".
Süleyman
Baxış sayı:72
Bu xəbər 19 Avqust 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















