Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Yuxuda boşqab görmək nə deməkdir?

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

Siqaret bahalaşacaq?

Siqaret bahalaşacaq?

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, 2026-cı ilin yanvarından Azərbaycanda siqaretlərin qiymətində artım gözlənilir. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişiklikdir - aksiz dərəcəsi əvvəlki 1000 ədəd üçün 45.5 manatdan 1000 ədəd üçün 55 manata yüksəldilib. Aksiz dolayı vergi olduğundan bu artım birbaşa pərakəndə satış qiymətlərinə təsir edəcək.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Siqaretin bahalaşması qısa müddətdə narazılıq yaratsa da, uzunmüddətli perspektivdə ictimai sağlamlığın qorunması baxımından əhəmiyyətli addım hesab olunur. Qiymət artımı bir çox hallarda siqaret istifadəsinin azalmasına səbəb olur. Xüsusilə gənclər və aşağı gəlirli qruplar üçün siqaret daha az əlçatan olur. Bu isə uzunmüddətli perspektivdə əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına, tənəffüs və ürək-damar xəstəliklərinin azalmasına müsbət təsir göstərə bilər.

Maya dəyəri yüksəlir

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ölkədə tütün məmulatlarının qiymətinin artmasının səbəbi vergilərin, aksiz dərəcələrinin yüksəlməsidir. Artıq demək olar ki, hər il bu artım görünür. Nəticədə, siqaretin qiyməti artır. Hökumət bu məsələdə çox rahat davranır. Çünki bu, sosial məsələ deyil deyə etirazlara da səbəb olmur: "Maya dəyəri yüksəlir, çünki vergiləri artır, o zaman da qiymətlər yüksəlir. Bu, sosial bir məsələ deyil. Qiymət artımı narazılığa da səbəb ola bilmir. Belə bir irad bildirdikdə rəsmi qurumlar deyirlər ki, siqareti tərgidin, zərərlidir, sağlamlığınıza zərər vurur, qiyməti də ona görə qaldırırıq ki, cibinizə ziyan dəysin və siqareti tərgidəsiniz. Ərzaq qiymətlərinin artımında, müxtəlif məsələlərin vergi artımlarına irad bildirmək olar, amma siqaretdə etiraz etmək olmur. Azərbaycanda, eləcə də bir çox digər ölkələrdə, xüsusən Avropa Birliyində tətbiq olunan müzakirə olunan bu yanaşmaya üstünlük verilir. Burada məqsəd təkcə siqaret deyil, bütün tütün məmulatlarının vergilərini və aksiz dərəcələrini artırmaq yolu ilə insanları bu zərərli vərdişdən uzaqlaşdırmaqdır. Amma bu addım həmişə gözlənilən effekt verirmi? Təbii ki, yox. Bununla belə, istənilən halda tütün məhsullarına qoyulan vergi və aksizlərin artması qiymətlərin artımı ilə nəticələnir. Bu, başqa cür mümkün də deyil. Yəni aksiz dərəcələri artırsa, bu, avtomatik şəkildə məhsulun son qiymətinin üzərinə gəlir".

Qiymətlər qonşu ölkələrdə bizdən ucuz olanda qaçaqmalçılıq artır

Natiq Cəfərli qeyd edib ki, problem odur ki, Azərbaycanda qiymətlər kəskin artanda, qonşu ölkələrdə daha ucuz olanda qaçaqmalçılıq geniş vüsət alır: "Bax bu isə ciddi bir problemdir. Siqaretin qiyməti artdıqca qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretin həcmində artım olacaq. Tütün məmulatlarının qonşu ölkələrdə bizdən daha ucuz olması qaçaqmalçılıq kimi neqativ halların çoxalmasına gətirib çıxaracaq. Hətta ən güclü dövlətlərdə belə qaçaqmalın qarşısını bütünlüklə almaq mümkün olmur. Buna görə də hazırda Bakının bir çox yerlərində qaçaq yolla gətirilən aksizsiz siqaretlər satılır. Aksizlər artandan sonra bu kimi halların da sayı daha da çoxalacaq. Yəni aksizləri artırmaqla büdcəyə daxilomaları artırmağı hədəflənib, amma bu, əks-effekt də verə bilər. Qeydiyyatdan yayınmaqla idxal arta, rəsmi idxal isə azalar ki, bu da büdcəyə daha az vəsaitin gəlməsinə səbəb olar".

Siqaretin bahalaşması gözləniləndir

İqtisadçı-ekspert Razi Abbasbəyli deyir ki, siqaretin bahalaşması gözləniləndir: "2025-ci ilin yanvar ayından etibarən aksiz rüsumlarının artırılması qüvvəyə mindi. Hətta fevral ayının ortalarından qiymət artımının baş verəcəyini düşünürdük. Çünki aksiz dərəcələrinin artırılması idxal olunan tütün məhsullarının bahalaşmasına səbəb olacaqdı. Unutmaq olmaz ki, Azərbaycanda tütün məhsullarının tədarük göstəriciləri aşağı düşüb. Tütünçülük sahəsində statistik göstəricilər də ürəkaçan deyil. Bu baxımdan qiymət artımı bazarın təbii halıdır. Qiymətlərin 10 qəpik yüksəlməsi bazarda ciddi təsir yaratmayacaq. Təəssüf ki, Azərbaycan tütün istehlakına görə MDB məkanında ilk üç ölkədən biridir. Ölkədə ərzaq istehlakı xərclərinin 20 faizi tütün və spirtli içkilərə ayrılır ki, bu da narahatedici göstəricidir. Vətəndaşların sağlamlığının qorunması məqsədilə bir sıra ölkələr tütün məhsullarının qiymətini qaldırır. Azərbaycanda isə siqaretin qiymətləri o qədər də yüksək deyil. Əgər inkişaf etmiş Avropa ölkələri, MDB dövlətləri, eləcə də Gürcüstan və Türkiyə ilə müqayisə etsək, ölkəmizdə siqaretin qiymətinin daha ucuz olduğunu görərik. Üstəlik, bazarda keyfiyyətsiz tütün məhsullarının çeşidi kifayət qədər çoxdur. Bu sahənin tənzimlənməsinə ciddi ehtiyac var. Buna görə də qiymət artımı istiqamətində atılan addımlardan biri də idxal rüsumlarının artırılması olmalıdır. Eyni zamanda, ölkə daxilində tütünçülüyün inkişafı ilə bağlı bir sıra tədbirlər görülməlidir. Məsələn, 2024-cü ilin statistikasına əsasən, Azərbaycanda hər il 60 min ton tütün istehsal olunurdu. Lakin son 5 ildə bu göstərici 2-3 min tona qədər azalıb. Tütünçülüyün inkişafı ilə bağlı bir sıra dövlət proqramları qəbul edilsə də, ölkədə bu sahənin inkişafına ciddi şəkildə nail olunmayıb''.

Ekspertin dediyinə görə, dünya bazarında əla növ tütünün qiyməti 5 dollar, birinci növ tütünün qiyməti 4 dollar, ikinci növ tütünün qiyməti isə 2 dollar təşkil edir: ''Araşdırmalar göstərir ki, Azərbaycana əsasən 2 dollar dəyərində olan ikinci növ tütün məhsulu idxal edilir. Ucuz tütün alınaraq ölkədə qablaşdırılır, lakin bütün bunlara baxmayaraq, qiymətlər hələ də adekvat deyil, yəni kifayət qədər ucuzdur. Yeni tədarük dövrünə qədər tütünlə bağlı idxal rüsumlarının da artırılması gözlənilir''.

Aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir

İqtisadçı ekspert Xalid Kərimli vurğulayıb ki, məlum olduğu kimi, ölkədə siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir. Sözsüz ki, qiymət artımı olacaq. Lakin siqaret məhsullarında vergi min ədədə hesablandığından hər ədədə düşən artım da cüzi olur. Buna görə də, siqaret qiymətində ciddi artım gözlənilirmir. Aksiz dərəcəsi əvvəlki 1000 ədəd üçün 45.5 manatdan 1000 ədəd üçün 55 manata yüksəldilib. Bu məhsulların hər ədədi üçün aksiz vergisinin qaldırılması sahibkarın xərcinin artması deməkdir. Bu isə əhəmiyyətli artımdır. Ona görə də bu artım qiymətlərə mütləq şəkildə təsir göstərəcək. Belə məhsullar adətən tam qiymətə satıldığına görə güman edirəm ki, bu siqaretlərin qiyməti bahalaşacaq".

Yerli iqtisadçıların ümumi rəyinə görə, aksiz vergisinin artırılması pərakəndə satış qiymətlərinə o qədər də təsir etməyəcək və siqaretin qiyməti 10-15 qəpik arta bilər. Bununla belə, ÜST-nin qaydalarına və hökumətin büdcə gəlirləri ilə bağlı ifadə etdiyi narahatlıqdan sonra aksiz vergisi sonrakı illərdə də artmağa davam edəcək.

Qiymətlər mərhələli şəkildə mütəmadi qalxacaq

İqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, tütün məhsullarının ilbəil bahalaşması bütün dünya ölkələrində müşahidə edilən tendensiyadır: "Siqaretlə bağlı artıq bütün dünya ölkələrində belə bir tələb var ki, qiymətlər bahalaşacaq. Yəni aksizlərinin bahalaşması, istehsalın məhdudlaşdırılması, reklam edilə bilməməsi kimi addımlar qiymət artımını yaradır. İnsan orqanizminə ziyan olduğu üçün bu növ, məhsulların antireklamı gedir. Mərhələli şəkildə bu biznesin üzərinə hücum var. Siqaret istifadəçisi nəzərə almalıdır ki, qiymətlər mərhələli şəkildə mütəmadi qalxacaq".

Ekspert qeyd edib ki, "qara bazar"dan dövriyyəyə daxil olan məhsullar olduqca təhlükəlidir: "Doğrudur, adətən, qiymətlər qalxdıqda, yaxud hansısa məhsulun satışına qadağa qoyulan zaman "qara bazar" formalaşır. Bu çox sahələrdə belədir. Spirtli içkilərin "qara bazar"ı isə olduqca təhlükəli bir məsələdir. Bu hallarda insan orqanizminə 2-3 qat daha ziyanlı məhsullar dövriyyəyə buraxıla bilər. Çünki sənaye üsulu ilə hazırlanmayan spirtli içkilər insan orqanizmi üçün təhlükəlidir".

Bunun cəmiyyətə heç bir xeyri olmayıb

İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, sosial layihə olaraq siqaretin bahalaşmasının tərəfdarıyam. Yəni bu bahalaşma ilə həm əhalinin bir qismi siqaretdən istifadə kimi pis vərdişlərdən çəkinə bilərlər, digərlər tərəfdən isə uşaqların istifadəsini də məhdudlaşdıra bilir: "Amma məsələ burasındadır ki, siqaret təklif edən şəxslər üçün bu, önəmli deyil. Əgər bu belə omasaydı, bu kimi sahibkarlar bir gecədə siqaretin qiymətini 2-3 manat bahalaşdıra bilərdilər. Amma bu, siqaret sənayesinin zərərinə ola bilərdi, çünki bunun nəticəsində 20-30 faiz insan siqareti ata bilər. Ona görə də bu kimi sənaye obyektləri qiyməti 10-20 qəpik artırırlar ki, siqaret istifadəçiləri siqaretdən imtina etməsinlər, digər tərəfdəndə yavaş-yavaş siqaret istehsalçılarının mənfəəti artsın. Yəni bugün siqaretin bahalaşmasının əsas səbəbi siqaret istehsalçılarının mənfəətinin artmasıdır. Bu, tamamilə siqaret biznesinin istehsalı ilə məşğul olan cameənin, dairənin gəlirlərinin və mənfəətinin artırılmasını hədəfləyir. Bunun cəmiyyətə nə əvvəl, nə də bundan sora heç bir xeyri olmayıb".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see343

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see297

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see234

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see219

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see194

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see168

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see167

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see158

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see156

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see155

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see154

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see153

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see153

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see152

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see152

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see152

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see151

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see149

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see146

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri