Icma.az
close
up
RU
Siqaret qara bazarına nəzarət edənlər Gömrükdəki əməliyyatın vacib detalları məlum oldu

Siqaret qara bazarına nəzarət edənlər Gömrükdəki əməliyyatın vacib detalları məlum oldu

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən əməliyyatlarda milyonluq qaçaqmalçılıqla bağlı yeni detallar üzə çıxıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə 29 may 2025-ci il tarixində Ələt dəniz limanında 3 "KamAZ" yük avtomobili saxlanılıb. Avtomobillərdə Azərbaycan nişanı olmayan, ümumi dəyəri 1 milyon 148 min manat olan 873 mindən çox qutu tütün və penoplast tapılıb.

Əməliyyat zamanı İsmayılov Vüqar Təvabil oğlu saxlanılıb. O, malların "Elgün" adlı şəxsə məxsus olduğunu və gəmi ilə Ələt sahilinə gətirildiyini bildirib.

Elgünün qohumları da istintaqa cəlb olunub. Bacısının əri Heydərov Şahin Asif oğlu KamAZ yük avtomobilini idarə edib, qardaşı Nəzərov Emin Rızaqulu oğlu isə bir müddət əvvəl saxlanılıb. Elgünün özü isə axtarışdadır.

İran vətəndaşı Əlirza qaçaqmalçılıq marşrutunun qurulmasında iştirak edib və hadisədən təxminən 2 ay sonra Cəlilabad rayonunda saxlanılıb.

Mallar Xəzər dənizi vasitəsilə ölkəyə gətirilib, sonra Ələt və Hövsan limanları ərazisində daşınıb və satış üçün hazırlanıb.

Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş Cəbrayıl Usubovun oğlu Fərid Usubov da saxlanılanlar sırasındadır. O, Hövsan məntəqəsinin rəisi vəzifəsində çalışıb. Fərid Usubovun vəzifədən kənarlaşdırılmasına səbəb bu ilin iyununda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması olub. DGK sədri Şahin Bağırov onun sərəncama götürülməsi barədə əmr verib və daha sonra həbs olunub.

Qeyd edək ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Tural Muradovdur. O, tanınmış müğənni İlqar Muradovun oğludur.

Yasamal Rayon Məhkəməsi 31 may 2025-ci il tarixində İsmayılov Vüqar barəsində 4 ay həbs qərarı verib.

Hazırda cinayət işi üzrə istintaq davam edir. Nəzərov Elgün Rızaqulu oğlu 8 aydır axtarışdadır. Onun evində post qurulub. Elgün tapılsa daha çox həbslərin olacağı ehtimal edilir. Hansı ki, onlar uzun müddət siqaret "qara bazar"ına nəzarət ediblər.

Xəyal
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri