Icma.az
close
up
RU
Siqaret saçı ağardır Dermatoloqdan tövsiyə

Siqaret saçı ağardır Dermatoloqdan tövsiyə

Azpost saytına istinadən Icma.az xəbər verir.

Bir vaxtlar qocalıqda görünən ağ saçlar artıq gənclərdə də tez-tez görünməyə başlayıb. Saç ağarması bəzən genetik amillər ilə əlaqələndirilsə də, bəzən xarici təsirlər də buna səbəb olur.

Maraqlıdır, bəs görəsən, saçların tez ağarmasının səbəbi nədir?

Teleqraf izvestia.ru-ya istinadən xəbər verir ki, Gemotest laboratoriyasının dermatoloqu Alexandra Fileva saçların niyə ağardığını və bu prosesi yavaşlatmağın yollarını izah edib.

Dermatoloq bildirib ki, saçların ağarmasına səbəb ona rəng verən piqmentin – melaninin azalmasıdır:

“Saç follikullarında yerləşən melonasit hüceyrələr tərəfindən saça rəng verən melonin istehsal olunur. İllər keçdikcə bu piqmentin istehsalı azalır. Nəticədə də saçlar ağarır. Melanin azalması qocalarda daha çox rast gəlinsə də, bəzən yetkinlikdə, hətta 25-30 yaşda olan insanlarda da baş verir. Daha az yaşda saçlarda ağların yaranması erkən hesab olunur”.

O qeyd edib ki, saçların ağarmasının bir neçə səbəbi var:

“Burada irsiyyət əsas rol oynayır. Çünki orqanizmdə melanin istehsalını tənzimləyən IRF4 geni valideynlərdən uşaqlara ötürülür. Belə ki, əgər valideynlərin saçları gec ağarıbsa, uşaqlarının da uzun müddət saçlarında ağ tel görünməyəcəyi ehtimalı yüksəkdir. Lakin bu ehtimal saçların ağarmayacağı anlamını vermir. Saçların ağarmasına səbəb olan bir digər amil uzun müddət davam edən stress zamanı qanda kortizolun səviyyəsinin kəskin şəkildə yüksəlməsidir. Bu saçların tökülməsinə və uzanmasına mənfi təsir edir, nəticədə saç uzanması yavaşlayır, melanin istehsalı dayanır. Digər bir amil isə saç üçün lazım olan mikroelementlərin olmamasıdır”.

Həkim saç follikullarının daha yaxşı işləməsini təmin etmək üçün vacib olan amillərdən bəhs edib:

“Kifayət qədər miqdarda istehsal olunursa, maddələr mübadiləsi yavaşlayır, hüceyrələr də yenilənmir və piqment melanin məhdud miqdarda istehsal olunur. Saçların ağarması ilə yanaşı, quruyur, asanlıqla zədələnir və daha çox tökülür. Ağ saçların görünməsində başqa bir amil oksidləşdirici stressdir. Bu, sərbəst radikallar – bir elektronu olmayan molekullar tərəfindən hüceyrələrin məhv edilməsi prosesinin adıdır. Sərbəst radikallar orqanizmdə iki yolla yaranır: maddələr mübadiləsi zamanı, hüceyrələr tərəfindən əmələ gələndə və xaricdən, insan siqaret çəkdikdə, çirkli havanı udduqda, spirtdən sui-istifadə etdikdə, radiasiya dozası qəbul etdikdə və ya tərkibində kanserogen olan qidalar yedikdə. Normalda radikalların təsiri antioksidantlar tərəfindən zərərsizləşdirilir, lakin bədəndə kifayət qədər olmadıqda oksidləşdirici stress artır və hüceyrələr məhv olur. Saçlar da bundan əziyyət çəkir: saçın keyfiyyəti və strukturu dəyişir, melanin istehsalı azalır, saçların ağarması görünür”.

Onun sözlərinə görə, saçların ağarması prosesini yavaşlatmaq üçün onun niyə başladığını anlamalı və ona uyğun tədbir görülməlidir:

“Məsələn, tiroid bezinin işini qiymətləndirmək üçün müayinədən keçin və orqanizmdə kifayət qədər vitamin və mikroelementlərin olub olmadığını müəyyən edin. Siqaret çəkmək və spirt içmək kimi pis vərdişlərdən imtina etmək və balanslaşdırılmış qidalanma rejiminə keçmək də vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Fevral 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri