Siqaret üstündə dava 21 yaşlı gənc həbs edildi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lənkəranda gənc oğlan küçədə tanımadığı şəxsi döyüb.
Modern.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.
21 yaşlı Musa Nəzərov (şərti adla) küçədə Ceyhundan siqaret istəyib. Ceyhun siqareti olmadığını desə də, Musa təkrar yenə onda siqaret olub-olmadığını soruşub. Bu zaman Ceyhun “Sənə dedim axı yoxdur, məni ələ salmısan ya özünü?” deyə cavab verib. Belə cavabdan sonra tərəflər bir-birini söyüblər. Nəticədə Musa yumruqla Ceyhunu vurub. Ceyhun yerə yıxılandan sonra isə təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib. Zərərçəkənin şikayəti əsasında Musa Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
M. Nəzərov ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən Ceyhun isə Musanı bağışlamadığını bildirərək, onun həbs olunmasını istəyib.
Məhkəmənin qərarı ilə M. Nəzərov 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Avqust 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















