Icma.az
close
up
RU
Siqareti əvəz edir, lakin dəhşətli fəsadları var Həkimdən çağırış

Siqareti əvəz edir, lakin dəhşətli fəsadları var Həkimdən çağırış

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlərdə gənclər arasında qəlyandan istifadənin geniş yayılması cəmiyyətin müxtəlif təbəqələrində narahatlıq doğurur.

Qəlyan çəkmək hansı sağlamlıq risklərini daşıyır? Bu vərdişin yayılmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan həkim-terapevt Sübhan Hacıyev bildirib ki, bəzi şəxslər qəlyanı siqaretə alternativ kimi görür və daha az zərərli hesab edirlər:

“Lakin bu, tamamilə yanlış yanaşmadır. Qəlyan ciddi sağlamlıq riskləri daşıyır və bu, yalnız tibbi arqument deyil, son dövrlərin elmi araşdırmalarına əsaslanan faktlardır. Qəlyan tüstüsündə nikotin, karbonmonoksit və digər zərərli kimyəvi maddələr mövcuddur. Bu maddələr xüsusilə tənəffüs yollarında zərərli təsir göstərərək xərçəngə səbəb ola biləcək hüceyrələrin yaranma riskini artırır.”

Həkimin sözlərinə görə, bir saat davam edən qəlyan istifadəsi bəzən 100 siqaretin verdiyi nikotin miqdarını ötə bilir:

“Siqaret kimi qəlyan da asılılıq yaradır. Uzun müddət davam edən istifadə təkcə vərdişə çevrilmir, eyni zamanda ağciyərlərdə və bronxlarda ciddi fəsadlara səbəb olur. Bronxit, bronxiolit, xroniki obstruktiv, ağciyər xəstəliyi, hətta ağciyər xərçəngi riskini dəfələrlə artırır. Bundan başqa, qəlyan istifadəçiləri arasında damar spazmı və hipertoniya riski yüksəlir. Bu da son dövrlərdə daha çox yayılan koronar arter xəstəliklərini tetikləmiş olur.”

S.Hacıyev əlavə edib ki, qəlyan istifadəçiləri yoluxucu infeksiyalara da daha çox məruz qala bilirlər:

“Qəlyan çəkilərkən eyni ağızlıqdan və ya şlanqdan istifadə edilməsi, yoluxucu xəstəliklərin hava-damcı yolu ilə bir nəfərdən digərinə keçməsini asanlaşdırır. Bu səbəbdən, insanların tüstülü məkanlardan, eləcə də quru və ya sulu nikotin mənbələrindən uzaq durması, tənəffüs yollarının qorunması olduqca vacibdir”

Ləman Hüseynzadə
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 İyun 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri