Icma.az
close
up
RU
Siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?...

Siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?...

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Siqaretin zərərli xüsusiyyətləri demək olar ki hər kəsə məlumdur və hər bir ölkədə siqaret asılılığının aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür.

Maarifləndirmə tədbirləri bu sırada xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlərin nəticəsidir ki, xüsusilə inkişaf etmiş ölkələrdə siqaret çəkilən sahələrin daralması, siqaretin yaratdığı zərərli təsirlərə dair məlumatlılığın artması siqareti tərgitmə istəyini və bu yolda uğurları artırmaqdadır.

Siqaret aslılığının müalicəsində qısa müddətli və ya birdəfəlik üsullar bir o qədər uğurlu nəticə gətirmir. Bu istiqamətdə həm fiziki, həm də davranış terapiyasının birlikdə tətbiq olunduğu müalicə proqramlarının isə uğurlu olduğu məlum olub. Həm fiziki, həm də davranış vərdişlərinin faktorları birlikdə nəzərdən keçirilərək müzakirə olunur və hər şəxs üçün xüsusi həll yolları axtarılıb tapılır. Beləliklə də bir tərəfdən nikotinin yaratdığı fizioloji asılılıq, digər tərəfdən də vərdişlərin, sosial mühitin yaratdığı davranış vərdişləri ilə mübarizə aparılması asanlaşır.

Bəs siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?...

İlk 20-ci dəqiqədə - nəbz, qan təzyiqi, bədən temperaturu normal vəziyyətə qayıdır.

24 saatda - qanda karbonmonoksid qazı sürətlə azalır.

2 həftə-3 ay sonra - fiziki güc qabiliyyəti artır. Öskürək azalır və 3 ay ərzində yox olur. Bəlğəm miqdarı 2 həftədə yarıbayarı azalır. Nəfəs alıb-verməyiniz asanlaşır. İybilmə və dadbilmə hissiyatı yaxşılaşır. İmmunitet sistemi güclənməyə başlayır. Özünüzü daha dözümlü və güclü hiss etməyə başlayırsınız. Dişlərinizdə və barmaqlarınızdakı sarı ləkələr yox olur.

1-ci ildə - infarkt keçirmə riskiniz ilk günlərdən etibarən azalmağa başlayır, 1 ilin sonunda risk 50% azalır. Beyin qanaması və ayaqlardakı damar xəstəliyi riski 30-50% nisbətində azalır.

Xroniki bronxit və emfizema (KOAH) kimi nəfəs çatışmazlığına yol aça bilən ağciyər xəstəliklərinin ortaya çıxmasının qarşısı alınır. Qarşıdakı illərdə tənəffüs yolları infeksiyaları aradan qalxmağa başlayır.

5-ci ildə - ağız, qırtlaq, qida borusu və sidik kisəsi xərçəngi riski yarıbayarı azalır.

10-cu ildə - iflic olma riskiniz 5-10 il ərzində heç siqaret çəkməyən bir insanla eyni səviyyəyə enir.

Ağciyər xərçəngi, ağız, qırtlaq, qida borusu, sidik kisəsi, böyrək və mədəaltı vəzi xərçəngi riski azalır.

15-ci ildə - Koronar arteriya xəstəliyi və infarkt riski heç siqaret çəkməyən insanla eyni səviyyədə olur.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri