Siqaretlər vitrinlərdən yığışdırıldı: Kəskin bahalaşma oldu
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtda bəzi market və köşklərdə siqaret satışı məhdudlaşdırılıb.
Ölkə.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə supermarketlərin kassirlərinə xəbərdarlıq edilib.
Belə ki, müştərilərə eyni siqaretdən bir qutu, israr ediləcəyi təqdirdə maksimum iki qutu satmaq tapşırılıb.
Bu addımın atılması şirkətlərin satışı dayandırması ilə əlaqələndirilib.
Problemin yanvarın 6-dək davam edəcəyi gözlənilir.
Onu da qeyd edək ki, qıtlıq səbəbindən paytaxtın bir sıra köşklərində siqaretlər vitrinlərdən yığışdırılıb və qiymətlər kəskin artırılıb. Belə ki, 4.80 manata təklif olunan “Sobranie” siqaretinin qiyməti bu gündən etibarən 5.50 manata yüksəlib. Digər siqaretlərin də qiymətində 15-20 faiz artım var. Üstəlik, həmsöhbət olduğumuz satıcılar qiymətin daha da yüksələcəyini qeyd ediblər.
Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Baxış sayı:90
Bu xəbər 22 Dekabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















