Bahalaşma köşklərə çatdı: siqaretlər neçəyədir? Yeni qiymətlər
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Azərbaycanda siqaret bazarında növbəti qiymət artımı müşahidə olunur. Son günlər yayılan məlumatlara görə, bir sıra məşhur siqaret markalarının blok üzrə satış qiymətləri bahalaşıb. Artım əsasən idxal olunan siqaretlərdə qeydə alınıb.
Bahalaşanlar “Winston Xstyle Blue”, “Winston Xstyle”, “Silver Winston”, “Xstyle Caster”, “Winston Xstyle DUAL”, “Winston XS Silver”, eləcə də “Sobranie” brendinin “Blue”, “White”, “Blues”, “Blacks”, “Whites”, “Caster Line”, “Compact Blue” və “Compact Caster” seriyalarını əhatə edir.
Siyahıda həmçinin “LD Club Platinium”, “Winchester Blue KS”, “Kent Nano Silver”, “Rothmans Demi Silver”, “Pall Mall Nano White” və “Dunhill Golden” siqaretləri də yer alır.
Blok qiymətlərindəki artımın pərakəndə satışa necə təsir etdiyini aydınlaşdırmaq üçün Musavat.com-un əməkdaşı paytaxtın bir neçə köşk və marketində olub.
Satıcıların verdiyi məlumata görə, qiymət artımı artıq açıq şəkildə hiss olunur.
Kiçik ticarət köşklərindən birində çalışan satıcı bildirib ki, son günlər siqaretlərin qiyməti 30–40 qəpik aralığında bahalaşıb.
Onun sözlərinə görə, qiyməti 3 manatdan yuxarı olan siqaretlərdə artım əsasən 40 qəpik, daha ucuz seqmentdə isə 30 qəpik təşkil edir.
Digər köşklərdə də eyni vəziyyət müşahidə olunur.
Satıcılar qeyd ediblər ki, əvvəllər 3 manat 70 qəpiyə satılan siqaretlərin demək olar hamısının qiyməti 40 qəpik artırılıb. Nəticədə “Winston” seriyasına aid siqaretləri artıq 4 manat 20 qəpikdən aşağı qiymətə tapmaq mümkün deyil. “Sobranie” siqaretləri hazırda əsasən 5 manata təklif olunur. “Marlboro” seriyaları isə çeşidindən asılı olaraq 4 manatdan başlayaraq 8–9 manata qədər satılır.
Bazarda nisbətən ucuz variantlar da qalmaqdadır. Məsələn, “Platinum One Nano” siqaretini 2 manat 60 qəpiyə, “Vegas” markasını isə 2 manat 90 qəpiyə almaq mümkündür. Satıcılar qiymət artımının səbəbləri ilə bağlı dəqiq məlumatlarının olmadığını, topdansatış zamanı məhsulları artıq bahalaşmış qiymətlə aldıqlarını deyirlər.
Mütəxəssislərin fikrincə, siqaret və digər tütün məmulatlarının bahalaşması yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklərlə birbaşa bağlıdır. Yeni qaydalara əsasən, ölkəyə idxal edilən hazır siqaretlərin hər min ədədinə tətbiq olunan aksiz vergisi 16 manatdan 25 manat 50 qəpiyə qaldırılıb. Bu da idxal xərclərinin və ümumi maya dəyərinin artmasına səbəb olub.
Hazırda Azərbaycan tütün məhsullarının bir hissəsini xammal formasında idxal edir və ölkə daxilində qablaşdırır. Lakin bu məhsullar bazarın cəmi 35 faizini təşkil edir. Qalan 65 faiz isə hazır siqaret şəklində idxal olunur və qiymət artımı əsasən məhz bu məhsullarda müşahidə edilir.
Rəsmi qiymət dəyişiklikləri də bunu təsdiqləyir. Belə ki, “Kent Feel” siqaretinin bir blokunun əvvəlki qiyməti 40,04 manat olduğu halda, hazırda 43,76 manata satılır. “Kent Nano Silver 4” üçün də blok qiyməti 40,04 manatdan 43,76 manata yüksəlib.
Eyni zamanda, “Rothmans Demi Click Amber”, “Pall Mall Nano White” və “Pall Mall Nano Night” siqaretlərinin blok qiyməti əvvəl 28,34 manat idisə, hazırda bu məhsullar 31,16 manata təklif olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Yanvar 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















