“Sirab”ın yubiley filmi sosial şəbəkələri fəth etdi Bir kadrda 75 il
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sirab”ın yubileyi münasibətilə hazırlanan film qısa müddətdə sosial şəbəkələrdə böyük maraq qazanıb.
“One shot” texnikası ilə çəkilən layihə fasiləsiz görüntü axını ilə dörd fərqli dövrün səhnədə canlı şəkildə qurulmasını əks etdirir. Film boyunca “Sirab”ın 75 il ərzində dəyişən orijinal şüşə dizaynları ardıcıl şəkildə nümayiş olunur və brendin vizual təkamülü diqqətə çatdırılır. Çəkiliş prosesində tarixi arxivlərdən çıxarılmış geyimlər, əşyalar və aksesuarlar istifadə edilərək dövrlərin atmosferi dəqiq şəkildə qurulub.
Yubiley filmi “Sirab”ın illərdir insanların həyatının müxtəlif anlarında yer alan bir marka olduğunu vizual dillə təqdim edir. Layihə vasitəsilə “Sirab”ın təkcə bir brend deyil, nəsildən-nəslə ötürülən xatirələrin ayrılmaz parçası olduğu vurğulanır.
Layihə həm texniki icra, həm də vizual həll baxımından seçilən işlərdən biri kimi dəyərləndirilir. Filmin hazırlanması iki aydan artıq davam edib və bu müddətdə 105 nəfərlik peşəkar heyət layihənin ərsəyə gəlməsi üçün çalışıb. Nəticədə ortaya çıxan yubiley filmi hazırda rəqəmsal platformalarda 21 milyondan çox baxış toplayaraq geniş auditoriyanın diqqət mərkəzində qalmaqda davam edir.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 Dekabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















