Icma.az
close
up
RU
75 ildir sevilən sirli su SİRAB...

75 ildir sevilən sirli su SİRAB...

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Naxçıvanın mineral suları Azərbaycanın milli sərvəti olub, sözün əsl mənasında bu torpağın şöhrətini dünyaya tanıdan, onu sevdirən nemətlərdir. 

Canlı həyatın, təmizliyin və sağlamlığın simvolu olan mineral sular, ümumilkdə, öz möcüzəsi ilə insanlara bəxş edilən İlahi nemət kimi min illər öncəsindən də istifadə olunan sirli müalicə vasitəsi kimi bu gün də tanınır, hasil olunduğu ölkələrin milli brendi olaraq şöhrət qazanır.

Naxçıvanda qaynayan və “Made in Azerbaijan” brendi altında qablaşdırılaraq satışa çıxarılan sirli su “Sirab” da yüzlərlə belə mineral sulardan biri kimi bu gün özünü dünyanın hər yerində tanıda bilib. 75 ildir ki, istehsalına başlanılmış “Sirab” suyu bəlkə də bilinməyən uzaq minillər ərzində bu qədər çox sevilməmiş, adının duyurmamışdır. 

“Sirab”ı ölkəmizdə çox sevirlər.

Naxçıvan şəhərinin 14.6 kilometr şimal-şərqində, Babək rayonunun Sirab kəndi ərazsində çıxan bu su ziyalılar, tanınmış insanların doğulduğu kənd olan Sirabın, bütün sirablıların da fəxridir.

Su bu torpağın su yaddaşı kimi insanları doğma torpağa bağlayan, onların minillər ərzində burada məskunlaşmasına, adət-ənənələrinə, təsərrüfatına yön verib yaşadan tükənməz bir sərvət kimi gecə-gündüz çağlamaqla sanki, bir nəğmə kimi də hər kəsin dilində yaşadılır. Bununla da sirablilarin da fəxri olan  bu  ad məhz bu gun, 75 ildən sonra özünün “Ən sevilən su” tituluna qovuşmaqla süfrələri bəzəyir, toyların, məclislərin, rəsmi qəbulların yaraşığına çevrilir. Beləcə “Sirab” doğulduğu Sirabın, Naxçıvanın və bütün Azərbaycanın fəxrinə çevrilir.  

Azərbaycanı yaxşı tanıyan səyyahlar yaxşı bilir ki, “Sirab”ı hər yerdə içirlər.

Bir stəkan Sirab suyunu içən turistlər isə onunla sanki, dağlarımızın nəfəsini, bulaqlarımızın saflığını da hiss edirlər. Gündəlik olaraq “Sirab” içmək, möhkəm orqanizmə sahib olmaq, artıq çəkidən azad qurtulmaq, xəstəliklərə qarşı immunitet, yaşlanmağa qarşı inad qazanmaq deməkdir. Bu premium suyun zəngin mineral tərkibi insan sağlamlığı üçün olduqca faydalı olub həm müalicə və həm də gündəlik süfrə məqsədilə istifadə edilir.  

Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Qazaxıstan, ABŞ, Ərəb ölkələri, Estoniya, Litva kimi ölkələrə ixrac olunan Sirab müvafiq sertifikat alaraq Avropa Birliyi bazarına da çıxarılıb.

1950-ci ildən istehsalına başlanılmış, böyük bir  tarixi  yol keçmiş, “Sirab”  hazirda qazlı və qazsız olmaqla 25 çeşiddə satışa çıxarılır və suyun illik istehsal güçü 8 saatlıq iş rejimində 140 milyon litrdir. ISO sertifikatlı “Sirab” beynəlxalq qida məhsulları sərgilərində qızıl medallar almış, müxtəlif illərdə ölkəmizdə “ilin brendi” və “ilin ixracatçısı” mükafatlarını da qazanmışdır. 

75 yaşlı “Sirab” tanınmış mineral su brendi olmaqla  yanaşı, həm də ölkəmizin sosial-iqtisadi həyatının bir hissəsi olub, yüzlərlə insanın evinə çörək pulu apardığı bir fəaliyyət sahəsidir.

“Sirab”ın istehsal, anbarlama, nəqliyyat-logistika, marketinq, reklam, sərgi və ticarəti ilə məşğul olan çox sayda işçi və mütəxəssislər, eləcə də keyfiyyətə nəzarət və menecment sahəsinə məsul şəxslər üçün bu su  həm də innovativ təcrübə məktəbi olub, həm də tanınmış əmtəə nişanı kimi inkişaf strategiyası deməkdir.

“Sirab”da çalışanlar yaxşı bilirlər ki, “Sirab”ı inkişaf etdirmək ölkəmizi inkişaf etdirmək, “Sirab”ı daha da tanıtmaq ölkəmizi dahı da tanıtmaq deməkdir. Məhz bu missiya bu gün “Sirab”ı bir kommersiya layhəsindən daha çox, özünü cəmiyyətin sosial-iqtsadi və mədəni həyatın uğurla diffuziya etdirmiş yaddaqalan markaya, kütləvi mədəni tədbirlərin, elmi toplantıların, uğurlu publisistik nəşrlərin, məclislərin sevilən sponsoruna çevirmişdir. Beləcə “Sirab”ı təkcə mətbəxdə deyil, sosial həyatımızın hər yerində görmək bir adət halına gəlmiş, bu su ən müxtəlif fəaliyyət sahələri üzrə insanların bir növ rekvizitinə də çevrilmişdir.  

“Sirab”ın bu gün ən uğurlu missiyası onun qonaqpərvərliyidir. Son illərdə “Sirab” ölkəmizin digər uğurlu su brendləri “Badamlı” və “İstisu” ilə birlikdə rəsmi qəbullarda, dövlət ziyafətləri və beynəlxalq tədbirlərdə ali qonaqlara təqdim olunan bir simvol kimi də göz oxşayır.

Dövlət başçımızın rəsmi qəbullarında ali qonaqlara təklif olunan bu sularımız həm də diplomatik bir mesaj kimi Azərbaycanı da simvolizə etməklə sanki, ölkəmizin təbiətinə və tarixinə də qısa bələdçilk edir, Bakıdan Qarabağa, oradan da Naxçıvana qədər bütün Azərbaycanın nə qədər zəngin təbiətə və qonaqpərvərliyə sahib olduğunu tanıdır.  

Hər damlasında  həyat  olan “Sirab” suyu həm də yaxşı yol yoldaşı, sir saxlayan etibarlı dostdur. Uzaq ölkələrə səyahətə çıxanda çantasında özü ilə “Sirab” suyu götürənlər yaxşı xatırlayırlar ki, hardasa əziz həmvətənləri ilə rastlaşanda masaya qoyduğunuz bir “Sirab” suyu əslində, sonradan qazandığınız uğur hekayənizin də başlanğıcı olmuşdur.

Odur ki, “Sirab”ı Vətənimizdən uzaqlarda da içdiyimizdə o bizə həm də bütöv, daha güclü Azərbaycanın parlaq Günəşini, torpağının isti nəfəsini bir daha yaşadacaq, ürəyinizə sərinlik, qolunuza qüvvət, zehninizə açıqlıq gətirəcək sehrli güc olacaq. Bu, “Sirab”ın dostları ilə öz sirli dünyasını paylaşdığı bir xatirə kimi daim yaşayacaq, ən sevilən suyun yüzillik uğur hekayəsinə dönəcək. 

Əli  Cabbarov,

Naxçıvan Dövlət  Universitetinin dosenti

MİA.AZ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://mia.az
archiveBu xəbər 25 Noyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see143

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see142

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see141

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see140

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see139

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see138

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see138

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see137

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see137

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see137

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see136

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see136

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see135

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see135

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see135

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see135

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see134

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see130

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri