Icma.az
close
up
RU
Rusiyanın vurduğu təyyarələr: Prezidentdən tutmuş sıravi insanlaradak..

Rusiyanın vurduğu təyyarələr: Prezidentdən tutmuş sıravi insanlaradak..

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiyasının hava məkanında vurulub və nəticədə qəza baş verib. 

Azərbaycan hava yollarına məxsus sərnişin təyyarəsinin vurulması dərindən araşdırılmalıdır. 

Çünki Rusiya tərəfi vurulmuş təyyarənin mülki təyinatlı olduğunu bildiyi halda onu qəzaya yönəldib. Ümumiyyətlə, bu, Rusiya tərəfindən vurulan ilk təyyarə deyil. “Cebheinfo.az” Rusiya tərəfindən vurulan təyyarələrlə bağlı məlumatı təqdim edir.

*Bunlardan biri - “Kaleva” təyyarəsinin məhv edilməsi 14 iyun 1940-cı il iyunun 14-də Finlandiya körfəzi sularında baş verən aviasiya qəzasıdır. 

*Finlandiyaya məxsus Junkers Ju 52/3mge "Kaleva" təyyarəsi Estoniyanın paytaxtı Tallindən Finlandiyanın paytaxtı Helsinkiyə 1631 saylı reysi yerinə yetirərkən bir neçə dəqiqədən sonra sovet hərbi təyyarəsi tərəfindən vurulub. Nəticədə 9 nəfər, o cümlədən bir neçə diplomat həlak olub. 

*Saxalin üzərində Boeing 747 qəzası 1983-cü il sentyabrın 1-nə keçən gecə baş verib və dünyanın 15-ci ən böyük aviasiya qəzası olub. Korean Air Lines (KAL) Boeing 747-230B Nyu-York-Ankoric-Seul marşrutu üzrə planlı qitələrarası KE007 (çağırış işarəsi KAL 007) uçuşu həyata keçirib. Onun Seula uçuşu Sakit okeanın neytral suları üzərində baş tutmalı idi. 

Bir müddətdən sonra təyyarə o qədər qərbə doğru yayınıb ki, SSRİ-nin qapalı hava məkanına daxil olub və Kamçatka (bir sıra hərbi obyektləri keçərək), daha sonra Saxalin adasının üzərindən uçub, orada tutulub və sonra SSRİ Hərbi Hava Qüvvələrinə məxsus Su-15TM qırıcısı, tərəfindən vurulub. Bundan sonra Saxalindən 37 kilometr cənub-qərbdə La Perouse boğazına düşüb. Təyyarədə olan 269 nəfərin hamısı - 246 sərnişin və 23 ekipaj üzvü həlak olub. 

*2010-cu il aprelin 10-da Rusiyanın Smolensk şəhərində "Tu-154" təyyarəsinin şübhəli qəzaya uğraması nəticəsundə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski, Baş Qərargahın rəisi Frantişek Qonqor, eks-prezident Rişard Kaçorovski, Polşa Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, Polşa Ordusu diviziyasının yepiskopu, general Tadeuş Ploski, pravoslav ordu yepiskopu və briqada generalı Miron Çodakovski, Milli Bankın sədri Slavomir Skşipek, digər rəsmi şəxslər və ictimai xadimlər də daxil olmaqla 132 nəfər həlak oldu. Həmin vaxt Rusiyada Prezident Dmitri Medvedyev olsa da, hakimiyyətin sükanının Putinin əlində olduğu, bu qəzanın da terrot aktı olduğu hər kəsə məlumdur.

* 2014-cü il iyulun 17-də "Malaysia Airlines" şirkətinə məxsus "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində Rusiya tərəfindən vurulması nəticəsində 298 nəfər həyatını itirib. 

*2023-cü il avqustun 24-də Rusiyanın Tver vilayətində “Vaqner” silahlı qruplaşmasının rəhbəri Y.Priqojinə məxsus “Embrair” biznes-jetin qəzaya uğraması Putinə qarşı qiyam qaldıran oliqarx generalın ölümünə səbəb oldu. 

*Nəhayət, Azərbaycan təyyarəsinin vurulması da təsadüfən olsa belə, yenə terrordur. Çünki Qroznının hava məkanı bağlanmayıb, dispetçer vasitəsilə pilotlara əvvəlcədən məlumat verilməli və təyyarənin daha yaxın məsafədəki hava limanına enişi təmin edilməli idi. Bu, edilməyibsə, deməli, bilərəkdən cinayət əməli törədilib. 

Qeyd edək ki, Bakıdan Rusiyanın Çeçenistanın Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5-i ekipaj, 62-si sərnişin olmaqla ümumilikdə 67 nəfər olub. Sərnişinlərdən 37-nin Azərbaycan, 6-nın Qazaxıstan, 3-nün Qırğızıstan və 16-nın Rusiya vətəndaşları olduğu açıqlanıb. 

Qəzada 38 nəfər həyatını itirib, 29 nəfər isə xilas edilib. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri