Icma.az
close
up
RU
Şirin qazlı sulardan imtina etməyin 5 MÜHÜM SƏBƏBİ

Şirin qazlı sulardan imtina etməyin 5 MÜHÜM SƏBƏBİ

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şirin qazlı sular (cola, pepsi və s.) insan sağlamlığı üçün ən ziyanlı məhsullar siyahısına daxildir. Bütün dünya həkimləri bu içkilərdən imtina etməyi və ya ən azından onların qəbulunu kəskin azaltmağını tövsiyə edirlər.

Buna bir neçə elm tərəfindən təsdiq olunmuş səbəblər gətirilir.

1-ci səbəb.

Cola və s. bu kimi içkilərin tərkibində fosfor turşusunun yüksək konsentrasiyası dişlərdən kalsiumun yuyulmasına gətirib çıxardır ki, bu da dişlərin vəziyyətinə çox mənfi təsir edir. Həmçinin şəkərlə zəngin olan bu içkilər kariesin inkişafını sürətləndirir.

2-ci səbəb

Belə içkilər sümük toxumasına da mənfi təsir edir və insanlarda osteoparoz (sümük toxumasının sıxlığının azalması) kimi ağır xəstəliyin riskini artırır.

3-cü səbəb

Şirin qazlı içkilərin həddindən artıq miqdarda qəbulu artıq çəkinin yığılmasına da səbəb ola bilər. Belə içkilərdə şəkər olduqca çoxdur. Şəkər isə insan orqanizmində piyə çevrilir.

Bəzi şirin qazlı içkilərə şəkər deyil, şəkəri əvəz edən maddələr, məsələn, aspartam, əlavə olunur. Lakin son illərdə aparılmış araşdırmalar göstərib ki, süni şəkər əvəzediciləri şəkərli diabetin inkişafının riskini artırır. Həmçinin bu maddələr iştahanı artırır ki, bu da artıq çəkinin yığılmasına gətirib çıxardır.

4-cü səbəb

İsveçrə alimləri 70 000 insanın qidalanmasını araşdırıb belə qərara gəliblər ki, şirin qazlı içkiləri içən insanlarda öd kisəsi xərçənginin riski 2 dəfə artmış olur.

5-ci səbəb

Nyu-York Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, beyin üçün ən ziyanlı məhsul şirin qazlı sulardır.

Alimlər bir neçə il ərzində qazlı içkilərin beyinə olan mənfi təsirlərini araşdırırdılar. Qazlı içkilərdən süi-istifadə beyinin müxtəlif hissələrində bərpa olunmaz dəyişikliklərə səbəb olur. Bu da beyinin fəaliyyətinin və yaddaşın pozulmasına gətirib çıxardır və hətta Alsheymer xəstəliyinin, beyin şişlərinin, insultun riskini artırır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 03:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri