Şirkətə 726 min manatlıq ziyan vurmaqda təqsirləndirilən iş adamına bəraət verilib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda işlədiyi şirkətə 726 min manatlıq ziyan vurmaqda təqsirləndirilən iş adamı Heydər Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, aşağı instansiya məhkəməsinin hökmü ləğv olunub. Heydər Rzayevə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Heydər Rzayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Baxış sayı:76
Bu xəbər 17 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















