Icma.az
close
up
RU
Şirkətlər “PAŞA Bank”dan 770 milyondan çox vəsaiti geri çəkib

Şirkətlər “PAŞA Bank”dan 770 milyondan çox vəsaiti geri çəkib

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“PAŞA Bank” ASC-nin 2024-cü il IV rübündə nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 480 mln. manatdan çox azalaraq 1 mlrd. 421 mln. 937 min manata düşüb.
Tribunainfo.az Valyuta.Az-a istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövründə bu rəqəm 1 mlrd. 910 mln. 820 min manat idi.

Bundan əlavə bankın ümumi aktivlərinin cəmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 400 mln. manatdan çox azalaraq 8 mlrd. 651 mln. 371 min manatdan 8 mlrd. 220 mln. 178 min manata düşüb.

Bankın qeyri-maddi aktivlərində də mln.luq azalma müşahidə olunub.  Belə ki, 2024-cü ilində bankın bu aktivləri 20 mln. 27 min manat düşüb. Əvvəlki ilin eyni dövründə isə bu rəqəm 21 mln. 626 min manat idi.

Fiziki şəxslərin bankdakı depozitlərində 255 mln. manata yaxın artım qeydə alınsa da, hüquqi şəxslərin depozitlərində də 780 mln. manata yaxın azalma baş verib.

Belə ki, hesabatı açıqlanan dövrdə bankdakı fiziki şəxslərin depozitləri 1 mlrd. 888 mln. 408 min manat, hüquqi şəxslərin depozitləri isə 4 mlrd. 521 mln. 648 min manat olub. Halbuki 2023-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1 mlrd. 633 mln. 931 min manat və 5 mlrd. 301 mln. 244 min mannat idi.

Bankın öhdəlikləri də 7 mlrd. 814 mln. 178 min manatdan 7 mlrd. 313 mln. 303 min manata düşüb.

Faiz gəlirlərində isə 30 mln. manata yaxın artım olub. Bank 478 mln. 3 min manat faiz gəliri əldə edib. Əvvəlki ilin eyni dövründə bu göstərici 448 mln. 411 min manat idi.

Faiz xərclərində 60 mln. manata yaxın artım, qeyri-faiz xərclərində isə 42 mln. manata yaxın artıb.

Belə ki, faiz xərcləri 121 mln. 410 min manata, qeyri-faiz xərcləri isə 345 mln. 740 min manata qalxıb. 2023-cü ilin eyni dövründə isə bu göstərici müvafiq olaraq 61 mln. 192 min manat və 303 mln. 576 min manat olub.

Müşahidə olunan mənfi tendensiyalara baxmayaraq, bankın dövr üzrə xalis mənfəətində 11 mln. manata yaxın artım qeydə alınıb. Bank, 210 mln. 538 min xalis mənfəət əldə edib. Əvvəlki ilin müvafiq dövründə bu rəqəm  199 mln. 209 min manat idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Mart 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri