Icma.az
close
up
RU
Şirkətlər Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Şirkətlər Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Expressbank” ASC 2024-cü il üzrə 11,24 milyon manat xalis mənfəət əldə edib.

Bankın maliyyə hesabatında bildirilir ki, bu, 2023-cü ilə nisbətən 6% və ya 778 min manat azdır. Bank 2023-cü ili 12,02 milyon manat mənfəətlə bitirmişdi.

Buna baxmayaraq bank ötən ili 20,47 milyon manat əməliyyat mənfəəti ilə bitirib ki, bu da 2023-cü ilə nisbətən 10,4% və ya 1,93 milyon manat çoxdur.

Əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətin azalması bankın mümkün zərərlər üzrə ehtiyat aktivləri birdən-birə 2,4 dəfəyə yaxın artıraraq 6,36 milyon manata çatdırması ilə bağlıdır. Ötən ilin eyni dövründə bu rəqəm 2,67 milyon manat olub. Adətən, banklar bu addımı kredit risklərinin artmasını nəzərə alaraq atırlar.

Bu il yanvarın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 10,7% artaraq 620,16 milyon manata, cəmi öhdəlikləri 11,8% artaraq 481,45 milyon manata, cəmi kapitalı isə 7% artaraq 138,7 milyon manata yüksəlib.

Bankın kredit portfeli 90 milyon manat civarında artaraq 493,4 milyon manata çatıb. Depozit portfeli isə 230,4 milyon manatdan 262,1 milyon manata yüksəlib. Bu isə daha çox fiziki şəxslərə aid əmanətlərin artması hesabına baş verib. Şirkətlər isə ötən bir ildə bankdan 18,5 milyon manat əmanətini geri çəkib. Nəticədə bankda hüquqi şəxslərin depozit portfeli 78,3 milyon manatdan 59,77 milyon manata enib.

Qeyd edək ki, Seyidov Hafiz Mirzağa oğlu bankın səhmlərinin 19,98%-nə, onun qanuni təmsilçisi olduğu “Azenco Group” MMC isə səhmlərin 48,78%-nə, “Enerqoservis” MMC səhmlərin 30,85%-nə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə səhmlərin 0,38%-nə sahibdir. Mediayada yayılan məlumatlarda “Expressbank”ın, həmçinin onun əsas səhmdarı “Azenco Group”un "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir.(valyuta.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri