Icma.az
close
up
RU
Şirvan Salyan regionunun mədəniyyət müəssisələrində Gülzar İbrahimovanın oxucularla görüşləri oldu

Şirvan Salyan regionunun mədəniyyət müəssisələrində Gülzar İbrahimovanın oxucularla görüşləri oldu

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Şirvan şəhərində, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında tanınmış uşaq yazıçısı və şairi, AYB-nin Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova ilə görüşlər keçirilib. Təşkil edilmiş görüşlər Heydər Əliyev və mədəniyyət mərkəzlərinin, mərkəzi kitabxanaların, uşaq musiqi məktəblərinin, rəsm qalereyalarının, orta məktəblərin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Görüşlər uşaqların sevincinə səbəb olmuş, onların mütaliəyə həvəslərini gücləndirmişdir. “Gülzar nənənin sehrli dünyası” başlığı altında keçirilən görüşlədə uşaq və yeniyetmələr, uşaq bağçalarının fidan balaları və ziyalılar iştirak etdilər. Tədbirlərdə şagirdlər arasında rəsm müsabiqələri, Azərbaycanın tarixinə həsr olunmuş “Qədim Azərbaycan” müsabiqəsi, “Əyləncəli viktorina” və s. intellektual oyunlar keçirildi. Müsabiqə iştirakçıları və qaliblərinə diplom və hədiyyələr təqdim edildi.

Hacıqabullu şagirdlərin ifasında hazırlanmış “Mən Zəfərlə qayıtdım, Ana” pyesinin tamaşası müəllifi çox təsirləndirmişdir. Şirvan şəhər 21 №-li orta məktəbin şagirdləri Azərbaycan tarixinə aid viktorinada iştirak etmiş, qısa müddətdə “Qədim Azərbaycan” krossvordunun suallarına cavab tapdılar. “Mən Zəfərlə qayıtdım, Ana” tamaşası A.Şaiq adına Salyan Dövlət Kukla Teatrında da yüksək səviyyədə tamaşaya qoyuldu. Ana və Oğul baş rolların ifaçılarına Gülzar İbrahimova müəllifi olduğu “Ağır cəza” kitabı hədiyyə etdi. Neftçala rayonunun Heydər Əliyev Mərkəzinə 3 №-li uşaq bağçasının balaca fidanları şeir, rəqs, mahnıları ilə görüşü rəngarəng etdilər. 1 №-li orta məktəbin şagirdləri isə G.İbrahimovanın vətənpərvər mövzuda yazılmış əsərlərindən maraqlı kompozisiya nümayiş etdilər. Biləsuvar rayonunda şəhid Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin gənc rəssamları bədii əsərlərdən rəsmlər çəkdilər. 4 №-li orta məktəbin şagirdlərinin şeir demək bacarıqları yüksək idi. Bütün tədbirlərdə şagirdlər Gülzar İbrahimovanın sözlərinə yazılmış, bəstəkarı Elşən Nicat olan “Ana dilim”, “Vətən”, “Dünya gözəldir” mahnılarını ifa etdilər. Bağça uşaqları “Bağçamız” mahnısını ifa edərək, “Gizlənpaç” oyununa rəqs etdilər. Yazıçı çıxış edən bütün uşaqlara Azərbaycan bayrağı olan suvenir döş nişanı və hədiyyələrlə sevindirdi. Gülzar İbrahimova oxucularını dinləyərək, onların suallarını cavablandırmış, arzu-istəkləri ilə maraqlanmışdır. Yazıçı çıxışlarında bildirib: “Mən hər dəfə sizinlə görüşlərdən, sizin sevginizdən ilhamlanıram və sonra qələmim sizin sevginizdən, xoş sözlərinizdən, sanki sehrlənir və daha gözəl əsərlər yaranır”.

Gülzar İbrahimova görüşü keçirildiyi bütün şəhər və rayon kitabxanalarına müəllifi olduğu “Ağır cəza”, “Trolların sirri”, “Sehrli nağılllar”, “Qırmızıyanaqla Qırmızıpapağın nağılı”, “Norveç qoğalı”, “Sehrli qız” və s. kitablarını hədiyyə etdi.O, kitabxanalara Nizami Məmmədovun və Sevda Məmmədəliyevanın “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı yeni kitabı təqdim etdi. Kitabda müasir dövrdə ekologiyada baş verən qlobal dəyişikliklər haqqında danışılır, yaşıl enerjiyə keçidin əhəmiyyəti vurğulanır.

Tədbirlərə informasiya dəstəyini Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi kitabxanası göstərmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Aprel 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri