Icma.az
close
up
RU
Şirvan Salyan regionu üzrə ən yaxşı məktəblər ADLAR

Şirvan Salyan regionu üzrə ən yaxşı məktəblər ADLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şirvan-Salyan regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki, AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Biləsuvar rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 960 şagird bitirib, onların 957 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 41 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il qəbul imtahanlarında 25 məktəbin məzunları iştirak etsə də, respublika üzrə yaxşı məktəblər və ya rayonun ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd olunmayıb.

Hacıqabul rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 612 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 35 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Hacıqabul şəhər 8 və 10 nömrəli tam orta məktəbləri daxil edilib. Rayonun ən yaxşı məktəbi sırasında isə Ə.Əliyev adına Talış kənd tam orta məktəbi göstərilib.

Neftçala rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 643 şagird bitirib, onların 642 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 51 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1 və 4 nömrəli şəhər tam orta məktəbləri qeyd olunub.

Salyan rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1428 şagird bitirib, onların 1418 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 92 nəfəri 500-dən, o cümlədən 25 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 2 nömrəli şəhər tam orta məktəbi daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında Humanitar fənlər təmayüllü 1 nömrəli məktəb-liseyi, Texniki fənlər təmayüllü 7 nömrəli məktəb-liseyi və Aşağı Noxudlu kənd tam orta məktəbi yer alıb.

Şirvan şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 797 şagird bitirib, onların 793 nəfəri buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 53 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il şəhərin ən yaxşı məktəbləri sırasında 1 nömrəli şəhər tam orta məktəbi qeyd olunub.

Beləliklə, Şirvan-Salyan  rayonu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Salyan rayonu (92 nəfər) ilk sırada qərarlaşıb. Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında Hacıqabul və Salyan rayonlarının məktəbləri yer alıb. Bununla yanaşı, Neftçala və Şirvan şəhərində də yüksək nəticə göstərən məktəblər fərqləndirilib. Biləsuvar rayonunda isə bu il respublika üzrə yaxşı məktəblər və rayonun ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 İyul 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri