Icma.az
close
up
RU
Şirvan şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir

Şirvan şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirvan şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovun sözlərinə görə, şəhərdə su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri davam edir.

O bildirib ki, ərazilərdə sayğaclaşdırma prosesi aparılır və köhnə xətlər yeniləri ilə əvəz olunur. Su itkisi təxminən 50 % azaldılaraq hazırda 27-30 % təşkil edir.

Onun sözlərinə görə, məqsəd su itkilərini minimuma endirməkdir: “İl ərzində su xətlərində 1 627, kanalizasiya xətlərində isə 1 472 qəza baş verib və onların qarşısı operativ şəkildə alınıb. Şəhərdə baş verən bütün qəzalar dərhal aradan qaldırılır”.

F. Hüseynov qeyd edib ki, layihə çərçivəsində əsasən “Köhnə şəhər” yaşayış massivinin Şıxbalaoğlu, 1 May, İsmət Qayıbov, Səməd bəy Mehmandarov, Nizami Gəncəvi, Həzi Aslanov, Seyid Əzim Şirvani, Şirin Şükürov və digər küçələrində ümumilikdə 14 160 paqonometr müxtəlif diametrli yeni su xətləri çəkilib: “Eyni zamanda, Heydər Əliyev prospekti boyunca ictimai-iaşə obyektlərinin qarşısında və digər küçələrdə 224 paqonometr 150 mm-lik, 1 997 paqonometr 200 mm-lik, 2 294 paqonometr 300 mm-lik yeni kanalizasiya xətləri çəkilib, 316 kanalizasiya baxış quyusu inşa olunub. Bundan əlavə, 1 122 ədəd mexaniki su sayğacı quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 9 205 kvadratmetri bərpa edilib. Su təchizatı və kanalizasiya şəbəkələri yenilənmiş ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Dekabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri