Icma.az
close
up
RU
Şirvana gəl, Şirvana...

Şirvana gəl, Şirvana...

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şirvan şəhərində genişmiqyaslı abadlıq-quruculuq və əsaslı təmir-bərpa işləri aparılır. Şəhər ərazisində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə mərkəzi və məhəllədaxili küçələrə asfalt-beton örtüyü vurulur.

2020-2024-cü illərdə Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemi tamamilə yenilənməklə 111 prospekt və küçəyə 177 min 777 kvadratmetr asfalt-beton örtük döşənib. Şəhər icra hakimiyyətindən verilən məlumata görə, bu ilin ötən dövrü ərzində şəhərin Heydər Əliyev və İstiqlaliyyət prospektləri, eləcə də T.Ələkbərov, F.Eynullayev, N.Nərimanov, Cavad xan, Ə.Cəfərzadə, Ə.Ləmbəranski, Naxçıvan, A.Gəraybəyli, 20 Yanvar, M.Mirzəyev, M.İbrahimov , T.İsmayılov, N.Xəlilov, C.Naxçıvanski, Xaqani və M.Füzuli küçələrində məhəllədaxili yollar əsaslı təmir olunub, 26 küçədə 48 min 729 kvadratmetr sahəyə asfalt-beton örtük vurulub.

Bununla yanaşı, bu ilin 9 ayında şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə bağlı Şirvan, M.Əsədov, Şəhidlər, M.S.Ordubadi və M.Hüseynzadə küçələrinə 31 min kvadratmetr asfalt-beton örtük döşənib. Ümumilikdə, son 5 ildə şəhərin 142 küçəsi üzrə 257 min 506 kvadratmetr asfalt-beton örtük işləri görülüb. Yeri gəlmişkən, 2025-ci ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar başa çatmış tender proseduruna əsasən şəhərin 26 küçəsində 48 min 729,4 kvadratmetr asfalt-beton örtüyünün vurulması planlaşdırılır.

2020-ci ildən 2025-ci il oktyabrın 1-dək şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri çərçivəsində 64 min 424 poqonometr içməli və 33 min 954 poqonometr tullantı su xətləri çəkilib. Həmin işlər nəticəsində şəhər əhalisinin 70 faizi 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Bununla yanaşı, şəhərin kanalizasiya şəbəkəsinin 42 faizi yenidən qurulub. Eyni zamanda, Şirvan şəhərinin qazlaşdırılması işləri də tam yekunlaşdırılıb. Bunun nəticəsidir ki, artıq şəhər əhalisinin 100 faizi “mavi yanacaq”la təmin olunub.

Şirvan şəhərində ekoloji vəziyyəti yaxşılaşdırmaq, yeni yaşıllıq zolaqlarının salınması məqsədilə son 5 ildə, ümumilikdə, 2 min 757 ədəd həmişəyaşıl ağac, 45 min 94 ədəd gül və gül kolları əkilib, 28 min 675 kvadratmetr qazon örtüyü döşənib. Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov sözügedən ərazilərdə görülən işlərə baxış keçirib, icraçılara, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verib.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Şirvan şəhərinin Naxçıvan küçəsində “Yeni Şirvan” yaşayış kompleksi inşa etdirilir. Ümumi sahəsi 8,11 hektar təşkil edən kompleksdə 11 on ikimərtəbəli və 14 doqquzmərtəbəli bina ucaldılır. Layihə çərçivəsində 80 yerlik uşaq bağçasının elektrik, santexnik və fasad suvaq işlərinə başlanılıb. 960 şagird yerlik məktəb binasının, 14 doqquzmərtəbəli və 11 onikimərtəbəli yaşayış binasının daxili suvaq və bəzək, elektrik, santexnika, taxta və laminat döşəmənin vurulması, 13 doqquzmərtəbəli və 10 onikimərtəbəli yaşayış binasının dam örtüyünün quraşdırılması, 13 doqquzmərtəbəli və 10 onikimərtəbəli yaşayış binasının fasadlarında isə rənglənmə işlərinə başlanılıb.

Ərazidə abadlıq işləri ilə bağlı beton bordürlər düzülür, asfalt-beton örtüyü vurulur və yaşıllıq sahələri salınır. Binaların həyətyanı sahələrində sakinlər üçün söhbətgahlar, uşaq əyləncə kompleksləri quraşdırılır, idman meydançaları tikilir.

M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri