Icma.az
close
up
RU
Dostlar, Şirvana gəlin!

Dostlar, Şirvana gəlin!

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şirvan şəhəri orta əsrlər tariximizdə min illik izləri olan eyniadlı dövlətin Güney qapısında XX əsrin II yarısında bütün ölkənin əfsanəvi bir hünərlə ucaltdığı müasir mədəniyyət və sənaye mərkəzidir.

Son dövrdə ölkədə gerçəkləşdirilən genişmiqyaslı quruculuq-abadlıq layihələri mənim nəslimin tale şəhəri olan Şirvanın da simasına əsaslı yenilik və gözəllik, həyatına rahatlıq və zənginlik gətirib. 21 illik tarixi regional inkişaf proqramlarının təşəbbüskarı və baş memarı Prezident İlham Əliyev şəhərimizdə olarkən bütün bunlar barədə məmnunluqla deyib: “Şadam ki, bu Dövlət proqramı Şirvan şəhərində də uğurla icra olunur”.

Dövlət başçısının bu yüksək qiyməti və sonrakı dəstəyi şəhərdə aparılan yeniləşmə, böyümə və ümumi tərəqqi prosesinə yeni təkan verib. Yola saldığımız ildə də Şirvan quruculuq yolu ilə inamla irəliləyib. İndi elə bir obyekt və məhəllə yoxdur ki, orada nəsə bir təzələnmə, inkişaf hiss olunmasın. Lakin görüləsi işlər də çoxdur.

Məsələn, Şirvanın “Köhnə şəhər” hissəsində 1880-ci ildə salınmış bağ bu vaxtadək qorunub saxlansa da, 1991-ci ildə burada “İsmət Qayıbov” parkı salınsa da, son vaxtlar Kür sahilindəki böyük istirahət güşəsinin əsaslı yeniləşməsinə ehtiyac yaranmışdı. Bu il şəhər rəhbərliyinin təşəbbüsü, əhalinin ümumi səyləri ilə 2,5 hektarlıq ərazi cənnətməkan bir istirahət və mədəniyyət mərkəzinə çevrildi.

İDEA İctimai Birliyi də “Bizim həyət” layihəsi əsasında şəhərimizdə bir neçə köhnə məhəlləyə gözəllik və rahatlıq bəxş edib. Yol və səkilərin yenidən qurulması, park və xiyabanların abadlaşdırılması, yol keçidlərinin yaradılması, yaşıllıqların təzələnməsi və genişləndirilməsi kimi yeniliklər nəticəsində Şirvan şəhəri paytaxt Bakının yaşayış massivləri səviyyəsində müasirləşdirilib.

Şəhərimizdəki müxtəlif təhsil, mədəniyyət, idman və xidmət ocaqları, xüsusən, Sənaye və Texnologiya Universiteti, “ASAN xidmət” mərkəzi XXI əsrin Şirvanını nişan verir. Bütün bunlar biz yaşlı nəsli, eləcə də Şirvan uşaqlarının 2 nəslinə dərs demiş qocaman müəllim kimi məni ürəkdən sevindirir.

Belə bir məqamda mənim yetirmələrimə deyəsi sözüm budur ki, indiki yeniləşməni sonadək aparsınlar. Bir də tikib-qurmaqla iş bitmir, gərək yaradılanları yaxşıca qoruyasan və ondan qədərincə istifadə edəsən.

Bir vaxxtlar Aşıq Əhməd sonralar dillərdə dolaşan mahnısında demişdi: “Muğanlı qız Şirvana gəl”. İndi mən Hacı Əhməd də dostları, səfər həvəskarlarını, ötüb-keçənləri ölkənin Güneyi ilə Günbatanının yolayrıcında yerləşən şəhərimizə dəvət edirəm: Əzizlərim, günü-gündən gözəlləşən Şirvana gəlin!

Əhməd AĞAKİŞİYEV,
təqaüdçü müəllim
Şirvan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri