Şirvanda narkotik satan iki nəfər həbs edilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər zamanı əvvəllər məhkum olunmuş Zaur Əmənov və Qurban Dəmirov saxlanılıblar.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, həmin şəxslərdən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.
Bundan əlavə, Q.Dəmirovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində sonuncunun bir neçə il əvvəl şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Şirvanda narkotik vasitələr satanlar saxlanıldı
21 İyun 2025 11:37
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib İkinci əməlidir
03 Mart 2025 16:00
Şirvanda dələduzluq edən şəxs həbs edilib
23 İyun 2025 13:03
Şirvanda dəhşətli qəza: 4 nəfər...
24 Noyabr 2024 23:01
Şirvanda bir nəfər Kürdə boğulub
02 Avqust 2025 21:25
Baxış sayı:69
Bu xəbər 21 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















