Icma.az
close
up
RU
Şirvanda “Qərbi Azərbaycanın maarif xadimləri” mövzusunda tədbir keçirilib

Şirvanda “Qərbi Azərbaycanın maarif xadimləri” mövzusunda tədbir keçirilib

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şirvanda “Qərbi Azərbaycanın maarif xadimləri” mövzusunda tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsi Barxudar Barxudarov qeyd edib ki, XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlərlə yanaşı, İrəvan da Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olub. Azərbaycanın elm və mədəniyyət tarixinə “İrəvani” təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alim, ədəbiyyat və incəsənət xadimi var. Mirzə Qədim İrəvani (1825-1875), Mirzə Məhəmməd İrəvani (1718-1799), Fazil İrəvani (1782-1885), Mirzə Müslüm İrəvani (1755-1823), Dəlil İrəvani (1763-1817), Əbdülqasım İrəvani (1774-1823) və digər görkəmli şəxsiyyətlərin yaradıcılığı bunu bir daha təsdiq edir. İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin Şərq elmində, ədəbiyyatında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədəbi-mədəni prosesdə hiss edilməkdədir.

B.Barxudarov bildirib ki, İrəvanda ilk qəza məktəbi 1832-ci il yanvarın 14-də açılıb. İrəvanda ilk qəza məktəbinin açılması bütövlükdə bölgədə qabaqcıl maarifçilik ideyalarının yayılmasında əhəmiyyətli dərəcədə rol oynayıb. XIX əsrin 70-ci illərindən başlayaraq yeni üsulla tədris edən dünyəvi Azərbaycan məktəbləri İrəvanda (1880), Uluxanlıda (1881), Böyük Vedidə (1883), İmanşalıda (1883), Sürməli qəzasının Aralıx Baş kəndində (1884), Basarkeçərin Zod kəndində (1885), Çobankərədə (1890) və başqa bölgələrdə də açılaraq fəaliyyət göstərməyə başlayıb. Dünyəvi məktəblərin getdikcə çoxalması həmin təhsil müəssisələrində müəllim kadrlarına olan tələbatı daha da artırıb. Bunu nəzərə alaraq Rusiya Dövlət Şurasının 1880-ci il 20 oktyabr tarixli qərarına əsasən İrəvan Müəllimlər Seminariyası yaradılıb. B.Barxudarov qeyd edib ki, 1988-1989-cu illərdə Qərbi Azərbaycanda tədrisi Azərbaycan dilində aparılan 155 məktəb və 38 beynəlmiləl məktəblərdəki Azərbaycan bölmələri bağlanıb 48.681 şagird və 3992 müəllim Ermənistandan zorakılıqla deportasiya edilib. O vurğulayıb ki, Qərbi Azərbaycanda doğulmuş və Azərbaycan mədəniyyətinə, elminə, incəsənətinə, təhsilinə böyük töhfələr vermiş və dövlətçiliyinə ləyaqətlə xidmət etmiş çox sayda azərbaycanlı var.

Tədbirdə çıxış edən Kollecin direktoru Xatirə Məlikova bildirib ki, Qərbi Azərbaycan məsələsi həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin ölkəyə rəhbərlikləri dövründə dövlət siyasətinin vacib tərkib hissəsini təşkil edib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olub. Bu müharibə nəticəsində Azərbaycanın qazandığı Zəfər bölgədə yeni reallıq yaradıb və bu reallıq Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq arzusunun reallaşması üçün hüquqi zəmin formalaşdırıb.

Sonra tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsinin müavini Əziz Abbasov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin əməkdaşları Aidə Əsədova, Yeganə Müslümova, Gülnarə İbrahimova, Günel Abdullayeva, 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva öz çıxışlarında Şirvanda məskunlaşan Qərbi Azərbaycan ziyalılarının Şirvan təhsilinə verdikləri töhfələrdən danışıb, uzun illər Şirvanda dövlət və təhsil sahəsində çalışan Vəli Ələkbərov haqqında videoçarxı izləyib. Daha sonra Sevda Həsənovanın rəhbərliyi ilə Kollec tələbələrinin hazırladıqları bədii hissə təqdim olunub və tədbir iştirakçıları Qərbi Azərbaycanla bağlı hazırlanmış sərgiyə baxıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri